Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda 7 min azərbaycanlı şagird qız təhsildən yayınıb

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə oxuyan azərbaycanlı şagird qızlardan 7 min nəfər təhsildən yayınıb.

 APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanda fəaliyyət göstərən "İnsan Haqları üçün Əməkdaşlıq Təşkilatı"nın rəhbəri, ekspert  Anna Abaşidze sərhədyanı bölgə olan Sadaxlı kəndində 500-dən çox şagirdin qarşısında çıxış edərkən deyib.

 Müvafiq rəqəmlərin təhsil resursları mərkəzlərindən götürüldüyünü deyən ekspert bildirib ki, yeniyetmə qız ərə gedəndə, həyat yoldaşı ondan 10-15 yaş böyük olur və sonda narazılıq, problemlər yaranır. “Bu mövzuda Gürcüstanda bir çox tədqiqatlar aparılır, bu da ictimaiyyət nümayəndələrinə, cəmiyyətə lazımdır. Şagirdlərin öz arzusu var, onlar həkim, müəllim və digər yüksək peşələrə yiyələnə bilərlər. Amma onların erkən yaşda ərə verilməsi bu arzuların üstündən xətt çəkir", - deyə ekspert vurğulayıb.

 A. Abaşidze Gürcüstanda erkən evliliyi müəyyən qanunların tənzimlədiyini bildirib. Onun sözlərinə görə, əgər qız uşağı 18 yaşından əvvəl ərə gedərsə, cinayət işi qaldırıla bilər: “Bu prosesi ləngitmək üçün təbliğat aparılmalıdır. Son vaxtlarda erkən evlilik, uşaq hüquqları və nikahla bağlı qanunvericilikdə dəyişikliklər edilib. Bizim iştirakımızla bu məsələləri özündə əks etdirən qanun layihəsi hazırlanıb və parlamentə təqdim olunub. Bu qanun erkən evliliyi tənzimləyəcək".

 Qeyd edək ki, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Qızlar Gününə həsr olunmuş tədbirdə Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyev, Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi Zaur Darğallı, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Sadaxlı 1 nömrəli məktəbin direktoru Sayad Xəlilov və başqaları çıxış ediblər. Onlar erkən evliliyin törətdiyi fəsadlardan söhbət açıblar, məsələnin həlli yollarından danışıblar.

 Erkən evliliklə bağlı digər tədbir Bolnisi rayonunun Faxralı kəndində keçirilib. Tədbirdə rayon rəhbərliyinin nümayəndələri, məktəb  müəllimləri, jurnalistlər və şagird qızlar iştirak ediblər.

 Gürcüstan baş nazirinin köməkçisi S. Mirzəyev açıqlamasında bildirib ki, yaxın günlərdə Gürcüstan Baş Prokurorluğunun nümayəndələri yerlərdə erkən evliliyə qarşı bir sıra vacib tədbirlər, treninqlər və görüşlər keçirəcəklər: "Bu mövzu Gürcüstan hökumətini narahat edir. Yaxın günlərdə məsələ ilə bağlı broşürlar nəşr olunacaq və bir sıra tədbirlər keçiriləcək".

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina