Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Millət vəkilləri borçalıların müdafiəsinə qalxdılar

8 deputatın adından İlham Əliyevə müraciət ünvanlanıb
Kamran Ramazanlı: “Yaxın vaxtlarda Milli Məclisdə miqrasiya qanunvericiliyi müzakirə ediləcək, millət vəkillərindən xahiş etmişik ki...” 

Gürcüstanda yaşayan soydaşlarımızla bağlı yaşanan miqrasiya problemləri hələ də həllini tapmayıb. Bununla bağlı dəfələrlə dövlət başçısı İlham Əliyevə və Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə müraciət edilsə də, nəticəd hasil olmayıb.

Dekbarın 29-də isə Gürcüstanda yaşayan Azərbaycan türklərinin miqrasiya problemləri ilə bağlı 8 millət vəkilinin imzası ilə dövlət başçısı İlham Əliyevə müraciət ünvanlanıb. Müraciətin mətninin mətbuatda dərc olunmadığını deyən müstəqil ekspert Kamran Ramazanlının “Bizim Yol”a verdiyi məlumata görə, müraciətdə Gürcüstanda yaşayan yarım milyondan artıq azərbaycanlının ağır durumu diqqətə çatdırılır. 

Müraciətdə vurğulanır ki, Gürcütandan Azərbaycana dörd qrup insan pənah gətirir:

1. Tələbələr
2. İşləməyə gələnlər
3. Qamsaxurdiya hakimiyyəti dövründə öz evlərindən zorla deportasiya edilmişlər
4. Ailə üzvlərindən biri Azərbaycan, digəri Gürcüstan vətəndaşı olanlar

K.Ramazanlının dediyinə görə, millət vəkillərinin müraciətində deyilir: “Hazırda Gürcüstanın iqtisadi vəziyyəti aşağı olduğundan, burada əhali əziyyət çəkir, həmin vətəndaşlar Gürcüstana qayıtmalı olduqda, bu vəziyyətin daha da ağırlaşmasına gətirib çıxaracaq. Belə olduğu halda borçalılar Rusiyaya üz tutmaq məcburiyyətində qalacaqlar. Bu isə öz növbəsində, əhalinin kütləvi şəkildə Borçalıdan köç etməsi deməkdir. Təbii ki, belə vəziyyət dövlətimizin strateji maraqlarına ziddir. Bu kimi problemləri nəzərə alaraq soydaşlarımızın 90 gün müddətində qeydiyyatsız yaşaması və bu günə qədər cərimə olunan şəxslər barəsində amnistiya tətbiq olunması haqqında müvafiq tapşırıqlar verməyinizi Sizdən xahiş edirik”.

Qeyd edək ki, müraciəti millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, İqbal Ağazadə, Çingiz Qənizadə, Aqil Abbas, İlyas İsmayılov və Əli Məsimli imzalayıblar.
K. Ramazanlı Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qənirə Paşayevanın müraciətə imza atmamasının səbəbini isə dəqiq bilmir: “Ola bilsin ki, Qənirə xanımla onun həmkarı Vahid Əhmədov müraciətdən xəbərsiz olsunlar. Məncə, hər iki millət vəkili müraciətə imza atardılar”.
Ekspertin sözlərinə görə, hələlik müraciətin nəticəsi məlum deyil: “Buna səbəb müraciətdən sonrakı günlərin bayram-istirahət günlərinə düşməsidir. Onu da qeyd edim ki, miqrasiya ilə bağlı olaraq Milli Məclisdə yaxınlarda müzakirə aparılacaq. Millət vəkillərindən biri mənə bu məlumatı verib. Yaxın gələcəkdə Miqrasiya Məcəlləsinə dəyişiklik ediləcək. Bununla bağlı layihə hazırda icra orqanlardındadır. Milli Məclisə hələ layihə daxil olmayıb. Qanuna dəyişikliklərdə dövlət başıçısına ünvanlanan müraciətimizin və təkliflərimizin qəbul edilməsini istəyirik. Millət vəkillərindən xahiş etmişik ki, Borçalıdan və Dərbənddən olan soydaşlarımızın qarşılaşdığı problemləri qaldırsınlar ki, onlara qanunda müəyyən güzəştlər olsun. Məsələn, Azərbaycanda qalma müddəti 28 gündən 3, yaxud 6 aya qədər uzadılsın. Cərimlər 401 manatdan 50 manata qədər endirilsin. Bir illik iş vaxtı üçün icazə 1000 manatdan 200-300 manata endirilsin”.
K.Ramazanlı miqrasiya problemi ilə bağlı olaraq yenidən “dəyirmi masa” keçirmək istədiklərini də bildirdi. Burada Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin iştirak etməsi üçün onlara dəvət göndərəcəklər. Öncəki “dəyirmi masa”larda onları tədbirə dəvət etsələr də, iştirak edən olmayıb. 
“Gürcüstan Parlamentinin üzvü Mahir Dərziyev ilə “Qeyrət Xalq” Hərəkətanın sədri Əlibala Əsgərov təklif etdilər ki, Gürcüstanın baş nazirinə müraciət olunsun. Çünki cərimələnənlər Gürcüstan vətəndaşlarıdır. Nəzərdə tutmuşdular ki, müraciət onun İlham Əliyevlə görüşü ərəfəsində edilsin. Mən də təklif etdim ki, Borçalı soydaşlarımızın ümumi problemləri ilə bağlı İvanaşviliyə müraciət edilsin, Qamsaxurdiya hakimiyyəti dövründə öz evlərindən zorla deportasiya edilənlər, təhsil, torpaq, yerli icra orqanlarında təmsil olunma ilə bağlı məsəsələr müraciətdə əksini tapmalıdır. Lakin hələlik miqrasiya ilə bağlı müraciət ünvanlanmayıb”, -deyə K.Ramazanlı vurğuladı.
Həmsöhbətimiz əlavə ki, İvanişvili seçki öncəsi verdiyi vədlərə, platformasına əməl etməyib: “O demişdi ki, 7 kəndi əhatə edən, 28 min azərbaycanlı əhalisi olan Qaraçöp ərazisinin topaqları sakinlərin özünə qaytarılacaq. Qaytarılmadı. Azərbacyanlıların ən çox yaşadığı Marneuli rayonunda (əhalinin 85 faizdən artığı azərbaycanlılardır) icra başçısı, polis rəisi və prokuror gürcü əsilli olaraq qaldılar”.
K.Ramazanlının sözlərinə görə, miqrasiya ilə bağlı cərimələnən soydaşlarımızın sayı son günlər azalıb: “Məncə buna təsir edən keçirdiyimiz mətbuat konfransları, “dəyirmi masa”lar, müraciətlər olub. Son günlər cərimələnən müəyyən soydaşlarımız cərimələrdən azad olunublar. Bu insanlar əsasən 65 yaşından yuxarı olanlar və xəstələrdir. Cərimədən azad olunmaları üçün soydaşlarımız Dövlət Miqrasiya Xidmətinin rəhbərinə müraciət ediblər. Müraciətdə sağlamlıqları ilə bağlı sənədləri də təqdim ediblər”. 


Ramid İBRAHİMOV

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina