Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Darvazlı kudoçu dünya çempionu oldu

 Yaponiyanın paytaxtı Tokioda keçirilən kudo üzrə dünya çempionatı həm kəndimiz, həm də   Azərbaycan millisi üçün əlamətdar olub. 

Apasport.az saytının məlumatına görə, 4 ildən bir təşkil olunan 4-cü mundiala federasiyanın prezidenti Vəli Bünyatov və baş məşqçi Yura Mustafayevin rəhbərliyi altında 4 kudoçu ilə yollanan yığmamız dünya çempionatında ilk medalını qazanıb. Bu tarixi uğura komandamızın aparıcı simalarından olan Şirxan İsmayılov imza atıb.
270 çəki dərəcəsində (90 kq, burada boy və çəki birgə hesablanır - red.) fəxri kürsünün 3-cü pilləsinə yüksələn təmsilçimiz bildirib ki, yarış gərgin mübarizə şəraitində keçib. Ş.İsmayılov qazandığı bürünc medal sayəsində Azərbaycan yığmasının 63 ölkə arasında Ukrayna ilə birgə 4-5-ci yerlərə şərik olmasını böyük yüksəliş adlandırıb: “Bizim idman növü sözün həqiqi mənasında çox çətindir. Çünki kudo boks, karate, cüdo və sambo növlərini birləşdirib. Bunun üçün hər 4 növdə mükəmməl işləməlisən. Komandamızın belə uğurlu çıxışı yüksəlişdən xəbər verir. Çünki artıq ölkəmiz dünya çempionatında ilk medalını qazanaraq, liderlər sırasına qoşuldu. 63 ölkə arasında 4-5-ci yerləri bölüşmək böyük uğurdur”.

Şirxan İsmayılov 1982 ci ilde Borçalı mahalının Darvaz kəndində anadan olub.
Bir sıra turnirlərin, o cümlədən daha güclü hesab olunan Rusiya açıq çempionatının mükafatçısı da olan Ş.İsmayılov mundialda keçirdiyi döyüşləri şərh edərkən bildirib ki, ən çətin görüşü məhz şimal qonşumuzun idmançısına qarşı olub: “Dünya çempionatında ilk döyüşümü Yunanıstan millisinin üzvünə qarşı keçirdim. Bu rəqibi məğlub etdikdən sonra ardıcıl olaraq, İtaliya və Latviya kudoçularına da qalib gəldim. Lakin dünya reytinqində bir nömrə olan rusiyalı idmançı ilə görüşüm gərgin alındı və yekunda çempion olan rəqibə finala gedən yolda uduzdum. Onun qızıl medal qazanması, mənim əvvəlki görüşlərdə yaxşı xal toplamağım dünya çempionatında ilk uğurumla nəticələndi”.


2001-ci ildən kudo ilə məşğul olan həmyerlimiz bu nailiyyəti ilə kifayətlənmək niyyətində olmadığını deyib. Onun sözlərinə görə, növbəti yarışlarda yüksək əyarlı medal qazanmaq üçün məşqlərini daha səylə davam etdirəcək: “Bu, mənim iştirak etdiyim ikinci dünya çempionatı idi. Fikrimcə, daha çox hazırlıq keçib, inamlı çıxış etmək olar. Məqsədim gələn il keçiriləcək Dünya Kubokunda da ölkəmizi layiqincə təmsil edib, çempion olmaqdır. Ardınca növbəti mundialda daha yüksək əyarlı medal qazanmağı planlaşdırıram. Bu uğuru qazanmaqda pay sahibi olan hər bir kəsə öz təşəkkürümü də bildirirəm”.

Qeyd edək ki, Yaponiyada keçirilən dünya çempionatında 2 gənc kudoçumuz da iştirak edib və onlar da millimizin aktivinə bir gümüş medal yazdırıblar.

P.S. Şirxan İsmayılov 1982 ci ilde Borçalı mahalının Darvaz kəndində anadan olub.

 

 

 

 

 

 

 

 

http://apasport.az/news/97989

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina