Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Bolnisidə "Ümid" adlı qəzet nəşr olunub

Azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda dövlət qeydiyyatından keçmiş "Ümid" adlı yeni müstəqil qəzet nəşr edilib. Qəzet Azərbaycan dilində nəşr olunub.

Yeni nəşr bu günlərdə Bolnisidə rəsmi olaraq fəaliyyətə başlayan Bolnisi Mədəniyyət Mərkəzinin dəstəyi ilə nəşr olunacaq.

Apa-nın Gürcüstan bürosunun məlumatına görə, 12 səhifədən ibarət qəzetin redaktoru uzun illər mətbuat və təhsil sahəsində çalışan Əlixan Yəhyaoğludur. Qəzetin ilk nömrəsində Bolnisi Rayon İcra Hakimiyyəti və rayon bələdiyyəsinin rəsmi şəxslərinin, GürcüstanAzərbaycanlı Jurnalistlər Birliyinin, yazıçı və jurnalistlərin təbriki, Azərbaycanın xalq şairləri Zəlimxan Yaqub və Nəriman Həsənzadənin şeirləri, bu il 90 illik yubileyi qeyd olunan və əslən Bolnisinin Saraclı kəndindən olan Azərbaycan riyaziyyatçısı Zahid Xəlilov haqqında, Gürcüstanda və xarici ölkələrdə baş verən hadisələr barədə xəbərlər və köşə yazılar və digər məlumatlar dərc olunub.

Qəzetin məsləhətçisi Gürcüstanın "Şərəf" ordenli kavaleri, əməkdar jurnalist Dünyamalı Kərəmdir. O, qəzetə yazdığı təbriki "Yeni doğan Günəş" adlandırıb və yeni işıq üzü görən mətbu orqanın Sovet dönəmində Bolnisidə çıxan "Al bayraq" və "Qələbə bayrağı" qəzetlərinin vətənpərvərlik ənənələrini yaşadan ilk qaranquşu, layiqli davamçısı olacağını vurğulayıb.

Qeyd edək ki, bu günlərdə Bolnisidə fəaliyyətə başlayan Bolnisi Mədəniyyət Mərkəzinə Bolnisinin Dəllər kəndindən olan Fikrət Məmmədov sədr təyin olunub.

Saytımız adından bütün kollektivi təbrik edir, uğurlar arzulayırıq.

ELşad Çobanlı

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina