Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

RAFİQ HÜMMƏT - 50

 TƏBRİK EDİRİK! 

Hümmətov Rafiq Hümmət oğlu - şair, publisist, tərcüməçi.

 Rafiq Hümmət 1965-ci il fevralın 13-də Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1982-ci ildə doğma kəndində orta məktəbi, 1991-ci ildə S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Həmin ildən etibarən bir müddət “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) və Rustavi şəhərində nəşr olunan “Region” qəzetlərində çalışıb. 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu orqanlarla, o cümlədən “Şərq”, “Faktor”, “Yeni Azərbaycan” qəzetləri ilə əməkdaşlıq edib, “Milliyət” qəzetinin baş redaktoru olub. 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb. 2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə “Ədəbi Gürcüstan” adlı qəzet nəşr etdirib. 2009-cu ilin yazından Tiflisdəki “Varlıq” Mədəniyyət Mərkəzinin sədri, “Varlıq” həftəlik qəzetinin baş redaktorudur.

Rafiq Hümmət ədəbi-bədii yaradıcılıqla gənc vaxtlarından – ötən əsrin 80-ci illərindən məşğul olur. Bir neçə kitabın, o cümlədən “Salam, dünyanın yiyəsi...” adlı şeirlər kitabının müəllifidir. Onun toplayıb nəşrə hazırladığı irihəcmli “Ədəbi Gürcüstan” almanaxı ədəbi dairələrdə böyük maraqla qarşılanıb. Yüzdən çox kitaba redaktorluq edən R.Hümmətin rəhbərliyi ilə “Koroğlu” eposu, “Min bir Azərbaycan bayatısı” və “Hekayələr və nağıllar” toplusu iki dildə - gürcü və Azərbaycan dillərində hər biri ayrıca kitab halında nəşr olunub.

 Bədii tərcümə ilə də məşğul olan Rafiq Hümmət çağdaş gürcü və rus poeziyasından bir çox nümunələri dilimizə çevirərək nəşr etdirib. Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin inkişafında Rafiq Hümmətin xüsusi xidməti vardır.

Hörmətli eloğlumuzu anadan olmasının 50 illik yubileyi münasibəti ilə təbrik edir, ona sağlam və uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 Musa NƏBİOĞLU

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina