Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Bolnisdə Xocalı soyqırımı anılıb

Gürcüstanın Bolnisi şəhərində gürcü gənclərinin iştirakı ilə Xocalı soyqırımı anılıb.

Fevralın 24-də “Xocalıya Ədalət”  kampaniyası çərçivəsində  Gürcüstanın Bolnisi  şəhərindəXocalı qətliamının 23 ildönümü ilə bağlı anım tədbiri keçirilib.APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin dəstəyi və Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkili ilə keçirilib. Tədbirdə Xocalıda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə Bolnisidə çıxan "Ümid" qəzetinin redaktoru  Əlxan Yəhyaoğlu  Xocalıhadisələri haqqında iştirakçıları məlumatlandırıb. Tədbirdə çıxış edən AMM gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” beynəlxalq kampaniya haqqında məlumat verib. O qeyd edib ki, məhz bu kampaniyanın uğurlu fəaliyyəti sayəsində Xocalı və Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırılır və bir neçə ölkə artıq Xocalı soyqırımını tanıyıb.

Tədbirdə çıxış edən Bolnisi şəhər mədəniyyət şöbəsinin rəhbəri Koba ZigentiXocalı  qətliamının insanlığa qarşı törədilən faciə olduğunu vurğulayıb: “Gürcü xalqı azərbaycanlıların başına gətirilən bu soyqırımı təəssüf hissi ilə anır. Biz də azərbaycanlılar kimi, ərazi bütövlüyümüzün bir hissəsini itirmiş xalqıq, minlərlə məcburi köçkün öz yurdlarından uzaq düşüb. İnanırıq ki, dünya ictimaiyyəti bu hadisələrə hüquqi qiymət verəcək”, deyə K. Ziqenti bildirib.

Tədbirdə azərbaycanlı və gürcü ziyalıları çıxış edərək Xocalıya ədalətin bərqərar olacağına əminlik bildiriblər. Tədbirdə iştirak edən çoxsaylı gürcü gəncləri Xocalıya ədalət imzatoplama aksiyasına qoşularaq azərbaycanlı gənclərlə həmfikir olduqlarını qeyd edərək, dünyada sülhün tərəfdarları olduqlarını bildiriblər.

Qeyd edək ki, Gürcüstanda Xocalı ayı çərçivəsində keçirilən Xocalıya ədalət kampaniyası Gürcüstanın 9 regionunda tədbirlər, aksiyalar və elmi konfranslarla davam edir. 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina