Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tiflisdə Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib

Gürcüstan paytaxtındaGürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdəGürcüstanın müdafiə naziri Mindia Canelidze, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz iştirak ediblər. Görüşü ev sahibi olanGürcüstanın müdafiə naziri Mindia Canelidze açıb və nazirləri salamlayıb.

 

Görüş jurnalistlər üçün qapalı keçirilib.

 

Tərəflər arasında üçtərəfli və ikitərəfli danışıqlardan sonra mətbuat konfransı keçirilib.

Azərbaycanın müdafiə naziri Zakir HəsənovGürcüstana səfəri çərçivəsində bu ölkənin müdafiə naziri Mindia Canelidze ilə ikitərəfli görüş keçirib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, mətbuat üçün qapalı olan görüşdən sonra Z. Həsənov bu gün baş tutan görüşlərin təməlinin Naxçıvanda və Bakıda qoyulduğunu bildirib: "Biz ötən görüşlərimizdə qərara aldıq ki, üçtərəfli görüşlərimizi davam etdirək. Bugünkü görüş ikinci görüşümüzdür. Biz həm üçtərəfli, həm də ikitərəfli əsasda çox mühüm məsələləri müzakirə etdik. Üçtərəfli Memorandumun imzalanmasına hazırlaşırıq və bu istiqamətdə iş gedir. Artıq sənədin mətni hər üç dövlətin müxtəlif nazirliklərində müzakirə olunur. Türkiyədə baş tutacaq üçüncü görüşümüzdə bu sənəd imzalanacaq”.

 

Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin Tiflisdə üçtərəfli görüşü başa çatıb, növbəti görüş payızda Türkiyədə keçiriləcək

 

  Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin Tiflisdə keçirilən üçtərəfli görüşü başa çatıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdən sonra hər üç nazir jurnalistlər üçün mətbuat konfransı keçirib.

 

Gürcüstanın müdafiə naziri Mindia Canelidze görüşün səmərəli keçdiyini və aparılan danışıqların qarşılıqlı əməkdaşlığının möhkəmləndirilməsinə və inkişafına xidmət edəcəyini bildirib: “Bizim görüşlərimiz yeni imkanlar açır, dostluq əlaqələrini möhkəmləndirir”.

 

Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz növbəti üçtərəfli görüşün bu ilin payızında Türkiyədə keçiriləcəyini söyləyib.

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da üçtərəfli görüşü yüksək qiymətləndirib və böyük əhəmiyyət daşıdığını bəyan edib: “Bu gün keçirdiyimiz görüşdə çox mühüm və faydalı məsələlər müzakirə olundu. Silahlı qüvvələrin inkişafı məsələləri ilə bağlı çox mühüm mesajlar verildi. Bunlarla yanaşı, xüsusi olaraq qeyd edildi ki, həm siyasi, iqtisadi, həm də təhlükəsizlik baxımından bu əməkdaşlıq çox vacibdir. Biz qarşılıqlı təhsil mübadiləsini də həyata keçirməyi planlaşdırmışıq”.

 

Z. Həsənov görüşdə regionda mövcud olan təhlükələr barədə də məlumat verdiyini vurğulayıb: “Qeyd etdim ki, Ermənistan hər üç dövlətə qarşı öz işğalçılıq siyasətini və ərazi iddialarını davam etdirir, bizim mədəni-tarixi abidələrimizi məhv edir. Biz bu vacib məsələləri diqqətdə saxlamalıyıq”.

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina