Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Marneulidə azərbaycanlılar qəbiristanlıq ərazisinin satılmasına etiraz olaraq aksiya keçiriblər

Aprelin 26-daGürcüstanın Marneuli rayonunun Qızılhacılı kənd sakinləri etiraz aksiyası keçiriblər. 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sakinlər kənddə hasara alınan qəbiristanlığın bir hissəsinin hərraca qoyulduğu barədə məlumat aldıqlarını bildiriblər. Onlar kənd qəbiristanlığına aid ərazinin satılmamasını tələb ediblər. Marneuli rayon bələdiyyəsinin sədr müavini Valeri Metreveli, "Milli Hərəkat Partiyası"nın Marneuli şöbəsinin sədri Əhməd İmamquliyev, Qızılhacılı kəndindən "Gürcü Arzusu" partiyasının xətti ilə bələdiyyə deputatı seçilən İsmayıl Bayramov aksiyaya gələrək sakinlərin tələblərini dinləyiblər. Qızılhacılı kənd sakini Arif Qarayev sakinlər qarşısında çıxış edərək 3713 kvadratmetr sahəni almaq üçün Dövlət Milli Əmlak Agentliyinə ərizə verdiyini, lakin hələ cavab almadığını bildirib.

 "Milli Hərəkat Partiyası"nın Marneuli şöbəsinin sədri Əhməd İmamquliyev qəbiristanlığın hasarının içərisində olan sahənin satılmasında Marneuli rayon bələdiyyəsinin sədr müavini Valeri Metrevelinin marağı olduğu barədə ona məlumat verildiyini bildirib.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina