Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tiflisdə "Azərbaycan mədəniyyətini tanıdaq" adlı sərgi açılıb

Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət  Muzeyinin təşəbbüsü və təşkilatçılığı ilə Dünya Muzeylər Gününə həsr olunan "Azərbaycan mədəniyyətini tanıdaq" adlı sərgi açılıb. 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgidə Azərbaycan xalçaları, saxsı və mis qablar, Tiflisdə yaşayan azərbaycanlı rəssamlarından Sevda Əbilova, İsmayıl Rzayev və digər rəssamların çəkdiyi  müxtəlif rəsm əsərləri, Azərbaycan xalçaları haqqında nəfis şəkildə nəşr olunan kitablar və Azərbaycan musiqi alətləri, M.F. Axundovun əsərlərinin personajlarının kuklaları nümayiş etdirilir. 


Sərgidə həmçinin Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində toxunan xalçalar və Mədəniyyət Muzeyinin nəzdində fəaliyyət göstərən xalçaçılıq dərnəyinin gənc xalçaçılarının toxuduğu əl işləri də yer alıb.

 Sərgi mayın 20-dək davam edəcək. 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina