Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tiflisdə gürcü və azərbaycanlı uşaqların İnteqrasiya Mərkəzinin açılışı olu

1 İyun-Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Gürcüstan paytaxtında gürcü və azərbaycanlı uşaqların İnteqrasiya Mərkəzinin açılışı və təqdimatı keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, İnteqrasiya Mərkəzinin açılışında Gürcüstan prezidentinin müşaviri Sofiya Şamanidi, Azərbaycan səfirliyinin rəsmisi İlyas Məmmədov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev və İnteqrasiya Mərkəzinin təşkilatçısı, Krtsanisi rayon bələdiyyəsinin sabiq deputatı, vəkil Merab Rapava və s. çıxış edərək Tiflisin Ortacala, 4 küçəsində  "Viktoriya" adlı gürcü və azərbaycanlı uşaqların İnteqrasiya Mərkəzinin açılışını yüksək qiymətləndiriblər.

 

Sonra gürcü və azərbaycanlı uşaqlar hər iki dildə mahnılar oxuyub və rəqslər nümayiş etdiriblər. Sonda uşaqlara şirin süfrə açılıb.

 Layihənin təşkilatçılarından biri Merab Rapava APA-ya açıqlamasında İnteqrasiya Mərkəzinin 1 İyunda açılmasının təsadüfi olmadığını bildirib: "Burada sosial cəhətdən aztəminatlı ailələrin uşaqları məktəbdən sonra həm dərslərə hazırlaşacaq, həm də pulsuz yeməklə təmin olunacaqlar. Biz gürcü və azərbaycanlı dostlarımızla birgə bu layihəni təşkil etmişik. Biz seçim üsulu ilə 50 nəfər  7-8-10 yaşlı gürcü və azərbaycanlı uşaqlarını seçmişik. Onlar hər gün İnteqrasiya Mərkəzində dərs keçəcək, müxtəlif dərnəklərdə iştirak edəcək, dövlət dilini öyrənəcəklər. Dövlətin bu istiqamətdə xüsusi proqramı var. Biz bu proqramla kiçik uşaqları dostluğa, qardaşlığa və istər gürcü, istərsə də Azərbaycan dilini öyrənməyə cəlb edəcəyik", deyə M. Rapava bildirib.  

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina