Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tiflisdə güclü daşqın təbii fəlakət törədib, ölən və itkin düşənlər var

13 iyun gecə saatlarında gecə güclü yağan leysan yağışlar nəticəsində  Tiflisin mərkəzi hissəsi olan Vera çayı daşıb,  vadisini su basıb.

 APA-nın Gürcüstan bürosunun məlumatına görə, çayın daşması nəticəsində yaxında olan evlərin zirzəmi və birinci mərtəbələrinə və mağazalara və yeraltı keçidlərə sel dolub.

 Tiflisdə güclü daşqın nəticəsində ölənlərin sayı 12-yə çatıb. Xeyli sayda itkin düşənlər var. Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin tapşırığına əsasən fəlakətin qarşısının alınması və xəsarət alanlara yardım məqsədi ilə fövqəladə qərargah yaradılıb. Baş nazir fəlakətin miqyasının böyük olduğunu diqqətə çatdırıb.  

 Tiflis zooparkının ərazisində və Qəhrəmanlar Meydanında vəziyyət gərgindir. Məlumata görə, hazırda Qəhrəmanlar meydanındakı küçədə təmizlənmə işləri görülür, fəsadlar aradan qaldırılır.

 Zooparkın daxilində 7-8 minik və yük maşını sel-sularının altında qalıb. Əraziyə KİV nümayəndələri buraxılmır və şəkil çəkməyə icazə verilmir. Ada saxlanılan zooparkın yaxınlığında yerləşən Qəhrəmanlar meydanının ərazisində asfalt çöküntüsü baş verib. 

 Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları baş vermiş daşqın nəticəsində zooparkdan qaçan heyvanların tapılması istiqamətində tədbirlər görür. Tiflis meriyasının məlumatında bildirilir ki, zooparkdan 6 pələng, 6 şir, 13 canavar, 7 ayı qaçıb.

Gürcüstanın Dövlət Təhlükəsizliyi və böhranların idarə edilməsi Şurasının katibi Mindia Canelidze jurnalistlərə açıqlamasında situasiyanın artıq nəzarətə götürüldüyünü bildirib: "Hazırda Tiflisdə təbii fəlakətin fəsadları aradan qaldırılır, vurulan ziyan hesablanır. Fəlakət zamanı onlarla Gürcüstan vətəndaşları xilas edilib. Dərin hüznlə bildirirəm ki, bir neçə vətəndaşımız təbii fəlakətin qurbanı olub. Bu saatlardakı alınan məlumata görə, 8 nəfər ölüb və mən həlak olan olanların ailələrinə başsağlığı verirəm. Tiflis şəhərinin xilas etmə departamenti və polis qüvvələri  təcili olaraq fəsadların aradan qaldırılmasına cəlb olunub, vəziyyət nəzarətə götürülüb, təmizlik işləri həyata keçirilir", - deyə M. Canelidze bildirib.

 Tiflis şəhər meri David Narmaniya sel-sularının içində iki meyitin tapıldığını bildirib: "Biz hadisə ilə bağlı baş nazirdən yeni tapşırıqlar alacağıq. Təmizləmə işləri aparılır. Zərərçəkənlər otellərə yerləşdirilib və onların bütün xərclərini dövlət çəkəcək. Fəsadların aradan qaldırılmasına könüllü olaraq şəhər sakinləri də qatılıblar."

 Qeyd edək ki, Tiflisdə baş verən fəsadlarla bağlı dövlət tərəfindən xüsusi komissiya yaradılıb, xilasetmə dəstələri 24 saatlıq iş rejiminə keçib.

İyunun 15-i Gürcüstanda matəm elan olunub.

 

 

 

 

 

Media

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina