Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Marneulidə "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabının təqdimatı olub

Gürcüstandaazərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəGürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli Mətbuatının 140 illiyinə həsr olunmuş "Gürcüstanınazərbaycanlı jurnalistləri" kitabının təqdimatı keçirilib.

 

APA-nın məlumatına görə, tədbiri "Regionpress" qəzetinin redaktoru Binnət Əlioğlu açıb.

 

Sonra Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, APA-nın Gürcüstanüzrə xüsusi müxbiri, "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabının müəlliflərindən biri olan Nizami Məmmədzadə çıxış edib. O, birliyin təşəbbüsü ilə nəşr olunan kitabda milli mətbuat tariximizdən və son üç əsrdə fəaliyyət göstərən jurnalistlərin tərcümeyi-halı barədə məlumatların yer aldığını bildirib.

 

N. Məmmədzadə iyulun 22-də Bakıda Milli Mətbuatın 140 illiyinə həsr olunan təntənəli tədbirdə Milli Mətbuat Şurası tərəfindən müəlliflərin kitaba görə Ali Media Mükafatına layiq görüldüklərini bildirib.

 

Tədbirdə kitabın müəlliflərindən biri olan professor, filologiya üzrə fəlsəfə doktoru Mahmud Kamaloğlu, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, yazıçı-publisist Əli Abbas, şair-publisist Mülkədar Nadir, jurnalistlərdən Təhməz Təhməzov, Aynurə Əliyeva, Şamil Ziyadəliyev, ziyalılardan Mirağa Mustafazadə, Zahid Nəsibov, İsmayıl Həkimli, Sabir Quliyev, habelə Marneuli Gənclər Mərkəzinin əməkdaşı Emin Əhmədov və başqaları çıxış edərək "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabının əhəmiyyətini önə çəkiblər. Çıxışlar zamanı ARDNŞ-in maliyyə dəstəyi ilə ilk dəfə nəşr olunan kitabın gələcək nəsillər üçün Gürcüstanda yaşayan və fəaliyyət göstərən jurnalistlər haqqında əsas məlumat mənbəyi olduğu bildirilib. Mərasimdə gələcəkdə kitabın təkmilləşdirilmiş halda ikinci hissəsinin də nəşr olunacağı qeyd olunub.

 

Təqdimat mərasimində Gürcüstanda yaşayan azərbaycanlı jurnalistlərin fəaliyyətinə diqqət və qayğı, onların səmərəli fəaliyyətinə qiymət vermək üçünGürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin nəzdində Fond yaradılması təklif olunub. Tədbirdə Gürcüstanda Azərbaycandilli jurnalist kadrlarının azlığı, gənc jurnalistlərə dəstək və digər məsələlərlə bağlı fikirlər səsləndirilib.

 

Tədbirdə qeyd olunub ki, kitabın elektron variantı yaxın günlərdə Gürcüstan və Azərbaycanın mərkəzi kitabxanalarına təqdim olunacaq.

 

Mərasimdə çıxış edən Marneuli Gənclər Mərkəzinin əməkdaşı Emin Əhmədov mərkəzin nəzdində jurnalistika kursunun açıldığını, peşəkar jurnalistlərin dərs dediyini, həmçinin BBC radiosunun dəstəyi ilə "Marneuli" adlanan və sentyabr ayından üç dildə fəaliyyət göstərəcək radionun fəaliyyətə başlayacağını bildirib.

 

Tədbirin sonunda "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabı gənclərə hədiyyə olunub. 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina