Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda NATO-nun təllim mərkəzi açıldı

“Gələcəkdə əməkdaşlıq daha da dərinləşəcək”.
NATO-nun baş katibi Yens Stoltenberq və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili cümə axşamı, avqustun 27-də Tbilisi yaxınlığında birgə tədris-təlim mərkəzi açıblar.
Təlim mərkəzində Gürcüstanın, eləcə də NATO-nun iştirakçı ölkələri və müttəfiqlərinin hərbçiləri hazırlıq keçəcəklər. Gürcüstanda bu mərkəzin açılışı, ölkənin alyansda üzvlüyə cəhdinə vasitəçilik edən tədbirlər paketində nəzərdə tutulub. Onu alyansın Uelsdə 2014-cü ilin sentyabrında keçirilən sammitində təsdiqləyiblər.
“Biz ümid edirik ki, bu yeni əməkdaşlıq vasitəsi Gürcüstan və NATO münasibətlərinin dərinləşməsinə yardım edəcək”, - deyə Qaribaşvili bildirib.
Açılış mərasimi “Krtsanisi” Milli təlim mərkəzinin (Tbilisi yaxınlığında) ərazisində baş tutub.  Tədbirdə Gürcüstan prezidenti Georgi Marqvelaşvili, müdafiə naziri Tinatin Xidaşvili və hökumətin digər üzvləri, silahlı qüvvələrin, eləcə də diplomatik korpusların və Şimali Atlantik alyansın  ümayəndələri iştirak edib.

“Əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək. Mərkəzin var gücü ilə çalışması üçün işləmək lazımdır. Gürcüstan, biz və NATO tərəfdaşları mərkəzin dinləyicilərinə təklif etdiyi hazırlıqdan maksimal səmərə əldə etmələri üçün hər şey etmişik”, - deyə Stoltenberq bildirib.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina