Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Borçalıda həlak olan Azərbaycan neftçiləri anılıb

SOCAR-ın Gürcüstannümayəndəliyinin ofisi qarşısında dinc aksiya keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və QHT nümayəndələrinin iştirakı ilə SOCAR-ın nümayəndəliyinin qarşısında “Günəşli” yatağının 10-cu platformasında baş vermiş qəza nəticəsində həyatını itirmiş Azərbaycan neftçilərinin xatirəsi anılıb. Faciədə həlak olanlar bir dəqiqəlik sükutla yad edilib.

 

Anım mərasimində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva dekabrın 4-də baş verən faciə ilə bağlı ətraflı məlumat verib və həlak olanların ailələrinə, yaxınlarına başsağlığı verib, xəsarət alan neftçilərə şəfa arzulayıb. Tələbələr əllərində "Başın sağ olsun, Azərbaycan!", "Biz həmişə səninləyik!" şüarları tutublar. Onlar əllərindəki gül-çiçək dəstələrini SOCAR-ın binası önünə qoyublar.

 

Anım mərasiminə qatılan SOCAR-ın Gürcüstan nümayəndəliyinin təmsilçisi tələbələrə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Azərbaycandakı matəm günündə Gürcüstan ərazisində fəaliyyət göstərən SOCAR-ın bütün yanacaqdoldurma və qazpaylama məntəqələrində Azərbaycan bayrağı yarıya qədər endirilib. 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina