Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Xalq şairi Zəlimxan Yaqubun xatirəsi doğulduğu Kəpənəkçi kəndində anılıb

Yanvarın 21-də Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun anma mərasimi keçirilib.

Tədbirdə Gürcüstanın dövlət, hökumət rəsmiləri, parlamentin deputatları, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirliklərinin, SOCAR-ın əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə “Qurani-Kərim”dən ayələr oxunub.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev çıxışında deyib ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Kəpənəkçi kəndində anadan olub. Kəpənəkçidə, sazın-sözün içində böyüyüb. O, nə yazmışdısa saz üstə kökləmişdi. Yaxşı bilirdi ki, bu yolda Azərbaycanı tanıdan nəhənglər var, hər sözü dünya boyda olan kişilər var. Bu yolda var olmağın, özünü təsdiq etməyin böyük hünər olduğunu anlamamaq onun üçün mümkünsüz idi. Ona görə də könül verdiyi şeirin əlçatmaz zirvəsində özünü təsdiqləmək üçün çox yuxusuz gecələr keçirmişdi. Bu gün onun doğulduğu kənddə 66 yaşının və anım gününün keçirilməsi xalq şairinə olan sevginin nümunəsidir.

Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu, Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri Paata Zakareişvili, Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili, ictimaiyyət nümayəndəsi Hidayət Hüseynov Xalq şairi, böyük söz ustadı haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Z.Yaqubun Azərbaycan ilə Gürcüstan arasında dostluq tellərinin möhkəmlənməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olub. Xalq şairi Gürcüstanda da çox sevilən yaradıcı insan idi. İki dost və qardaş ölkə arasında mədəni əlaqələrin, mədəniyyətlərin inkişafındakı xidmətlərinə görə Azərbaycanın və Gürcüstanın yüksək dövlət mükafatlarına layiq görülüb.

Çıxışlar zamanı Kəpənəkçi kəndində Zəlimxan Yaqub adına Poeziya Evinin tikilməsi, xatirə muzeyinin yaradılması, Xalq şairinin əsərlərinin gürcü dilinə tərcümə olunaraq Gürcüstanın ali və orta məktəblərində paylanılması barədə təkliflər irəli sürülüb.

Gənc aşıq Məsim Rəcəbov böyük şair və ustada həsr etdiyi şeiri oxuyub.

Xalq şairinin ailəsi adından çıxış edən qardaşı Çingizxan Yaqubov göstərilən diqqət və qayğıya görə Azərbaycan və Gürcüstan prezidentlərinə minnətdarlıq edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Bolnisi

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina