Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

DARVAZIN İLK PEŞƏKAR FUTBOLÇUSU – Elmir NAMAZOV

Elmir Tofiq oglu Namazov əslən Borçalıdan – Darvaz kəndindəndir. Hazırda Bakıda yaşayır. 1997-ci il may ayının 12-də Rusiyanın Yaroslavl şəhərində anadan olub. İdmanla məşğul olmağa 7 yaşından başlayıb, 2004-cü ildən taekvondo idman növü ilə məşğul 2005-ci ildə yeniyetmələr arasında taekvondo üzrə yarıslarda 3-cü yeri tutub, fəxri fərmana layiq görülüb.

Futbola böyük həvəsi olduğundan 2007-ci ildə “Olimpik” komandasında oynamağa başlayıb. “Sabahın ulduzları” çempionatında istirak edib. 2009-cu ildə “AZAL” PFK-ya transfer olub. 2011-ci ildə 1997-ci il təvəllüdlü idmançılar arasında futbol üzrə Bakə birinciliyində çempionu və həmin turnirin bombardiri olub. 2012-ci ildə “Qarabağ” FK-ya transfer olub. U15, U16, U17 və U19 cempionatlarında çıxış edib. U16 cempionatında 18, U17 cempionatında isə 19 qol vurub. 2013-cü ildə U19 liqasında 2-ci yeri tutub. 2013-cü ildə 16 yaşında “Qarabağ” FK-nın əvəzedici heyəti ilə professional müqavilə bağlamışdır. U13, U15, U19 yaş qruplarında Azərbaycan milli komandasına cəlb olunub.

Hal-hazırda “Qarabağ” FK-nın əvəzedici komandasında çıxış edir.

Gənc həmyerlimizə idman karyerasında daha böyük uğurlar arzu edirik. İnanırıq ki, o, yeni-yeni uğurları ilə yaxınlarını, doğmalarını sevindirəcək, Darvazın və darvazlıların qürur yerinə çevriləcək.

 

Elşad ÇOBANLI

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina