Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Marneulidə kitabxana istifadəyə veriləcək

Marneulidə fəaliyyət göstərən Məşğulluq Mərkəzində tezliklə istifadəyə veriləcək yeni Mərkəzi Kitabxananın fəaliyyəti və inkişafı barədə 5 layihənin təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimat mərasimində rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, icra hakimiyyətinin mədəniyyət şöbəsinin rəhbəri Elquca Kapanadze və başqaları iştirak ediblər.

 

Tədbirdə Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili çıxış edərək kitabxananın Marneulidə yaşayan gürcü, azərbaycanlı, erməni və digər xalqların dilində bədii ədəbiyyat və müxtəlif sahələri əhatə edən kitablar olacağını bildirib: "Məqsədimiz Avropa standartlarına cavab verən kitabxana yaratmaq və onun fəaliyyətini gücləndirmək, həmçinin inkişafı üçün gənclərin bilik və bacarığından istifadə etməkdir. Kitabxanada yerli şair və yazıçıların nəşr olunan əsərlərinə də xüsusi bir guşə ayrılacaq. Biz Azərbaycan ilə əlaqələrimizi genişləndirəcək və latın əlifbaları ilə nəşr olunan kitabların kitabxanamıza göndərilməsinə nail olacağıq. Bu barədə danışıqlar aparılır. Düşünürəm ki, biz müasir kitabxana yaradacaq və bu binanın elm ocağına çevrilməsinə çalışacağıq", - deyə rayon icra başçısı qeyd edib.

 

Tədbirdə tikintisi tezliklə sona çatacaq və kitabxanada çalışmaq üçün 10 nəfər kadr seçimi üçün müsabiqə elan olunacaq.

 

Tədbirdə bildirilib ki, kitabxana istifadəyə verildikdən sonra burada elektron kitabxana da yaradılacaq, konfrans və seminarlar, müsabiqələr, şeir gecələri və görüşlər keçiriləcək, həmçinin oxucular internetin imkanlarından istifadə edəcəklər.

 

Marneulidə istifadəyə veriləcək yeni kitabxananın tikintisinə 333.000 lari vəsait ayrılıb. 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina