Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Çobanov Musa müəllim fəxri adla təltif olundu

Martın 1-də Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafında xidmətləri olan şəxslərə dövlət qayğısından söhbət açaraq, onların əməyinə verilən qiymətin yaradıcılıq prosesinə müsbət təsir göstərdiyini bildirib. Bu sahədə olan inkişafın Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra həyata keçirildiyini diqqətə çatdıran nazir, ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə diqqət və qayğının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. Ə.Qarayev bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıraraq xalqımızın mədəniyyətini tanıdan, sevdirən insanların fəaliyyətinə hər zaman qiymət verildiyini söyləyib.

Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği istiqamətində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, məhz Mehriban Əliyevanın təşəbbüsü ilə mədəniyyət incilərimiz UNESCO-nun irs siyahısına daxil edilib.

Sonra dövlətimizin başçısının müvafiq sərəncamları ilə təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinə “Əməkdar artist”, “Əməkdar İncəsənət Xadimi” fəxri adları və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

Təltif olunanlar yaradıcılıqlarına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Təltif olunanlar arasında Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu da var. M.Nəbioğlu “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.

M.Nəbioğlunu təbrik edir, daha böyük uğurlar arzulayırıq.

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina