Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Borçalı aşığı Məhəmməd Sadaxlı torpağa tapşırılıb

Bu gün görkəmli Borçalı aşığı, ustad sənətkar Məhəmməd Sadaxlı torpağa tapşırılıb. Görkəmli aşığın vida mərasimində çıxış edənlər Məhəmməd Sadaxlının Borçalıda, eləcə də türk dünyasında məşhur bir aşıq olduğunu vurğulayıblar. Mərasimdə onun 55 il saz sənəti ilə məşğul olduğu vurğulanıb və onun aşıqlıq sənətində əldə etdiyi mükafatlar sərgilənib.

 

Qeyd edək ki, aşıq  Məhəmməd Sadaxlı 1930-cu ildə Marneuli rayonunun Mollaoğlu kəndində anadan olub. Aşıq Məhəmməd Sadaxlı Azərbaycan folklorunu, xüsusilə dastanlarımızın bilicisi olub. Onun ifa etdiyi 10-dan çox  məşhur dastan ifaları folklorşünas alimlərimiz tərəfindən lentə yazılıb. O, dəfələrlə Türkiyəyə səfər edib, aşıq sənətini təbliğ edib, şəyirdlər yetişdirib.

 

Aşıq Məhəmməd Sadaxlı, həmçinin məzmunlu qoşmalar müəllifi kimi el içində şair-aşıq kimi məşhur olub. Onun 4 kitabında nəşr olunan şeirləri, qoşmaları, gəraylı və təcnisləri oxucuların rəğbətini qazanıb.

 

Aşığın Gürcüstanda Azərbaycan səfirliyinin dəstəyi ilə 80 və 85 illik yubileyləri də keçirilib və aşıq "Şərəf" ordeninə layiq görülüb.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina