Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Borçalı gənclərdən ölkəmizə dəstək (VİDEO)

Gürcüstanın müxtəlif universitetlərində təhsil alan bir qrup azərbaycanlı tələbə və gənc aprelin 4-də Tbilisidə Azərbaycan dövlətinə və xalqına dəstək aksiyası keçirib.

Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında təşkil olunan tədbirdə əllərində Azərbaycanın, Türkiyənin və Gürcüstanın bayraqlarını, müxtəlif plakatlar tutmuş gənclər “Vətən torpağı bölünməzdir”, “Şəhidlər ölməzdir”, “Qarabağ Azərbaycanındır”, “Biz birik” və s. şüarlar səsləndiriblər.

Gənclər Azərbaycanın işğal olunmuş ərazilərində, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrdən narahat olduqlarını bildirib, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyiblər. Onlar cəbhədə baş verən hadisələrə və atəşkəsin pozulmasına görə Ermənistanın günahkar olduğunu bildiriblər. Gənclər harada yaşadıqlarından asılı olmayaraq bütün azərbaycanlıları Azərbaycan dövlətinin haqlı mövqeyini dəstəkləməyə çağırıblar.

Səfirliyin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva bu aksiyanın harada yaşamalarından asılı olmayaraq bütün azərbaycanlıların ölkəmizin bütövlüyü naminə hər zaman bir olduqlarını göstərdiyini bildirib.

Xətayi Əzizov 

Tbilisi

 

_

Media

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina