Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tiflisdə azərbaycanlı və gürcü tələbənin iştirakı ilə Azərbaycana dəstək yürüşü keçirilib

Bu gün Tiflisdə azərbaycanlı və gürcü tələbənin iştirakı ilə Azərbaycana dəstək yürüşü keçirilib.
Gənclər Azərbaycan torpaqları uğrunda şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında Azərbaycanın dövlət himnini oxuduqdan sonra “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağ Azərbaycanındır!”, gürcü dilində yazılan “Abxaziya və Osetiya, Qarabağa həmrəylik!” sözləri yazılan şüarlar səsləndirilib.

Tiflis Dövlət Universitetinin tələbəsi və aksiya təşkilatçılarından olan Daur İsmayılov tələbələr qarşısında çıxış edərək son günlər Dağlıq Qarabağda baş verən hadisələrdən danışıb: “ Tiflisdə yürüşümüzün məqsədi Azərbaycanı dəstəkləməkdir. Biz, Azərbaycana qələbələr arzulayırıq. Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı və gürcü tələbələri bizimlə həmrəydir»

Sonra TDU-nin tələbəsi Daur İsmayılov gitarada azərbaycanlı tələbələrlə birlikdə əsgər marşı oxuyub.
Aksiyanın təşkilatçısı Huru Əsgərova toplaşanlara səmimi təşəkkürünü bildirərək, xalqına dəstək olanlara səslənərək qeyd etdi ki, “Azərbaycanın uğurları ilə fəxr edib bunu təbliğ etmək biz gənclərin üzərinə düşür”. 
Qeyd edək ki, bu sayca tələbələrin keçirdiyi ikinci aksiyadır, aksiyaların təşkilində heç bir qurum və QHT qatılmayıb, tələbələrimiz müstəgil şəkildə özləri bu cür aksiyalar təşkil ediblər. 
Xatırladaq ki, Gürcüstanın ali təhsil ocaqlarında 1000-dən çox azərbaycanlı tələbə təhsil alır, onlar Gürcüstan vətəndaşıdırlar.

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina