Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

TƏBRİK EDİRİK!!!

2016-cı il aprel ayının 13-də Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunda darvazlı Fəxri Valeh oğlu Hacıyev “Azərbaycan xalqının XIX-XX əsrin əvvəllərində yadelli işğalçılarına və ermənilərin törətdikləri soyqırımı cinayətlərinə qarşı mübarizəsi tarixindən (Borçalı və ətrafındakı bölgələrə aid materiallar əsasında)” adlı doktorluq dissertasiyasını uğurla müdafiə etdi.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun “Qafqaz tarixi” şöbəsində yerinə yetirilmiş dissertasiyanın elmi məsləhətçisi Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvü Y.Mahmudov, rəsmi opponentlər isə tarixi elmləri doktoru, professorlar K.Şükürov, Q.Əliyev və F.Məmmədovdur.

Müdafiə şurasının üzvləri dissertasiya işinin aktuallığını və yüksək səviyyədə işləndiyini qeyd ediblər. Vurğulanıb ki, dissertasiya işində problem üzrə tarixşünaslıq aşağıdakı istiqamətlərdə ümumiləşdirilmiş və sistemləşdirilmişdir:

bilavasitə qarapapaqların etnik tarixi, mədəniyyəti və yayılma arealına həsr olunmuş tədqiqatlar;

XIX əsrdə Qafqaz uğrunda gedən müharibələr və onların nəticələrinə dair tədqiqatlar;

XX əsrin əvvəllərində Cənubi Qafqazda azərbaycanlılara qarşı ermənilərin soyqırımı cinayətlərinə dair tədqiqatlar.

Doktorluq dissertasiyasını uğurla müdafiə edərək Müdafiə şurası tərəfindən tarix elmləri doktoru elmi dərəcəsi almağa layiq görülən, darvazlı alimlər cərgəsində elmlər doktorlarının sayını artıran ləyaqətli eloğlumuzu bu uğuru münasibəti ilə təbrik edir, şəxsi həyatında və elmi axtarışlarında daha böyük uğurlar arzulayırıq.

 

Elşad ÇOBANLI

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina