Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tiflisdə 26 May-Müstəqillik Günü və 28 May – Respublika Günü münasibəti ilə tədbir keçirilib

Mayın 27-də Gürcüstanpaytaxtındakı İ.Çavçavadze adına Tiflis Dövlət Universitetində  Azərbaycanın Gürcüstandakısəfirliyinin təşkilatçılığı iləGürcüstanın və Azərbaycanın müstəqilliyinə həsr olunan 26 May-Müstəqillik Günü və 28 May –Respublika Günü münasibəti ilə tədbir keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri AzərbaycanınGürcüstandakı səfirliyinin mədəniyyət üzrə attaşesi Samirə Ağayeva açaraqGürcüstan və Azərbaycanın müstəqilliyi münasibəti ilə gürcü və azərbaycan xalqını təbrik etdikdən sonra, iştirakçılara ilk Azərbaycan Cümhuriyyəti dövlətinin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib.

 

Sonra Tiflisdəki Qafqazşünaslıq İnstitutunun professoru Tsira Baramidze, Tiflisdəki gürcü və azərbaycanlıların təhsil aldığı 64 nömrəli orta məktəbin məktəbli gənclər mədəniyyəti şöbəsinin rəhbəri Ceyran Qurbanova və İvane Cavaxişvili adına Tiflis Dövlət Universitetindəki “Azərbaycan Dostluq Klubu”nun rəhbəri Leyla Əmrahova çıxış edərək Gürcüstan və Azərbaycan dostluğundan, mədəniyyətlərimizin inkişafından və dövlətlərimizin müstəqilliyindən, təhsilin inkişafından söhbət açıblar.

 

Tədbirdə Tiflisdə fəaliyyət göstərən “Ceyran” folklor ansamblının üzvləri olan azərbaycanlı rəqqasə qızlar gürcü və azərbaycan rəqslərini məharətlə nümayiş etdiriblər.Tədbirdə gənc aşıqların və müğənnilərin ifasında mahnılar səsləndirilib. Sonda müstəqillik gününə həsr olunan konsertdə çıxış edən müğənnilərə və aparıcılara 64 nömrəli orta məktəbin diplomları təqdim olunub.

 

Gürcüstan və Azərbaycanın müstəqillik günlərinə həsr olunan tədbirdəGürcüstanın ali məktəblərində təhsil alan gürcü və azərbaycanlı tələbələr, Tiflis sakinləri iştirak ediblər.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina