Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda beynəlxalq xalça simpoziumu keçirilir

Bu gün Axaltsixedəki Rabat qalasında təşkil olunan sərgi festivalı çərçivəsində “Xalça mədəni irsi yaddaş kimi” adlı simpozium açılıb.

 

Tədbir Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyinin dəstəyi, Gürcüstan Xalq və Tətbiqi İncəsənət Muzeyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, Gürcüstan Milli Muzeyi və İpək Muzeyinin təşkilatçılığı ilə keçirilir.

 

Simpoziumda Azərbaycanın xalça ustaları, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin keçmiş rəhbəri, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva, Azərbaycan Xalça Muzeyinin direktor müavini Yalçın Səlimov, sənətşünaslıq doktoru, professor Kübra Əliyeva və başqaları iştirak ediblər.

 

Simpoziuma İngiltərə, Hindistan, İran, Azərbaycan, Qırğızıstan, Estoniya, İsveç, Gürcüstan, Ermənistan və digər ölkələrdən xalça ustaları qatılıblar.

 

Qeyd edək ki, Axaltsixedəki Rabat qala-qəsrdə keçirilən sərgi festivalı çərçivəsində Azərbaycan xalçalarının nümayişi üçün pavilyon ayrılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina