Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Kərəm Məmmədli Borçalı Cəmiyyətinin yeni sədri seçildi

İyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzində “Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) növbədənkənar ümumi yığıncağı keçirilib.  250 nəfərə yaxın Borçalı əsilli ziyalı, elm adamı və tanınmış şəxslərin iştirakı ilə keçirilən toplantı “Borçalı” Cəmiyyətinin təsisçiləri – Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimlinin müraciəti əsasında baş tutub.

 

Toplantıda cəmiyyətin son 7 illik fəaliyyəti (2009-2016) müzakirə olunub. Çıxış edən şəxslərin hər biri ötən 7 il ərzində “Borçalı” Cəmiyyətinin öz nizamnaməsinə və mövcud qanunlara zidd fəaliyyət göstərdiyini qeyd ediblər. Onlar təşkilatın rəhbərliyini “Borçalı” Cəmiyyətini siyasi proseslərə və şəxsi maraqların təmin olunmasına alət etməkdə, o cümlədən Azərbaycan və Gürcüstan hakimiyyətinə qarşı əsassız yerə müxalifətçilik etməkdə ittiham ediblər. Bu səbəbdən də çıxış edən əksər ziyalılar cəmiyyətin sədri Zəlimxan Məmmədlinin fəaliyyətinə xitam verilməsini və qurumun icra orqanının yenidən formalaşdırılmasını təklifediblər.

Odur ki, çıxışların sonunda yığıncağın sədri Eyvaz Borçalı deyilən təklifləri nəzərə alaraq, sədrin fəaliyyətinə toplantı iştirakçılarının qiymət verməsini istəyib. Nəticədə yekdilliklə Zəlimxan Məmmədlinin sədrlik fəaliyyətinə xitam verildi və “Borçalı” Cəmiyyətinin yeni rəhbərliyinin seçilməsi qərara alınıb.

Cəmiyyətin yeni sədrliyinə 5 nəfərin – Kərəm Məmmədli,Vahid Qurbanov, Asif Ozan, Firuddin İsmayılov, Müşfiq Borçalı və Musa Nəbioğlunun namizədliyi irəli sürülüb. Adı çəkilən şəxslərdən 4 nəfər Kərəm Məmmədlinin xeyrinə seçkidən çəkilsə də, Vahid Qurbanov sədrlik uğrunda mübarizəni davam etdirib. Beləliklə, yığıncaq iştirakçılarının əksəriyyətinin dəstəyi ilə tarixçi alim Kərəm Məmmədli “Borçalı” Cəmiyyətinin yeni sədri seçilib. Daha sonra cəmiyyətin 33 nəfərdən ibarət Ağsaqqallar Şurası, 21 nəfərdən ibarət İdarə Heyəti, 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası formalaşıb.

 

Yığıncağın yekununda ümumi qərar elan olunub.

 

 

 

Biz də, www..com-un administrasiyası adından "BORÇALI" İctimai Cəmiyyətinin yeni rəhbərliyini ürəkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!...

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina