Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

TƏŞƏKKÜR EDİRİK, HÖRMƏTLİ PROFESSOR FƏRMAN CEYRANLI!

Dünyaca məşhur cərrah, tibb elmləri doktoru, professor, Tiflisdək LANCET Tibb Mərkəzinin qurucusu, indiyədək on minlərlə insana şəfa verərək ailələrə sevinc bəxş edən Fərman Ceyranlı daha bir xeyirxah aksiyaya start verib. 2016-cı il avqustun 2-dən etibarən Saqareco rayonunun Yor-Muğanlı (Qaraçöp) və Bolnisi rayonunun Darvaz kəndlərindən Tbilisi şəhərinə - LANCET Tibb Mərkəzinə yeni mikroavtobus marşrutu açıb. Darvaz kəndindən işləyəcək mikroavtobus Marneuli rayonu da daxil olmaqla, yolüstü bütün kəndlərin əhalisinə xidmət edəcək. Tez-tez Borçalının ayrı-ayrı kəndlərinə LANCETin tibbi personallarından ibarət böyük heyətlə gedib, soydaşlarımızı tibbi müayinədən keçirən Fərman Ceyranlının bu marşrutları açmaqda məqsədi də onların rahatlığını təmin etməkdir. Xatırladaq ki, LANCET Cənubi Qafqazda ən böyük və yüksək ixtisaslı peşəkar həkimlərin çalışdığı bir klinikadır və son ümid yeri kimi bura üz tutan hər kəs burdan dərdinə dərman taparaq qayıdır.

Hər iki marşrutla işləyən mikroavtobuslar səhər saat 9-da Yor-Muğanlı və Darvaz kəndlərindən çıxacaq, axşam saat 18-də isə LANSET klinikasından geriyə - adlarıçəkilən kəndlərə qayıdacaq. Hər iki marşrutda gediş-gəliş pulsuzdur və ancaq LANSETdə müalicəyə ehtiyacı olanlar üçün nəzərdə tutulub.

Hörmətli professora bu xeyirxah addımına görə bütün borçalılar, xüsusilə də darvazlılar adından minnətdarlığımı bildirir və Allah yar və yardımçınız olsun deyirəm. Və bunu da deməyi özümə borc bilirəm ki, Fərman Ceyranlının borçalılar üçün gördüyü bu xeyirxah işlər hər kəlməbaşı “Borçalı” deyib, amma əməldə heç nə ilə yaddaqalmayanlar üçün bir ibrət dərsi, maddi imkanı ondan qat-qat yuxarı olan bəzi borçalılar üçün isə əsl vətənpərvərlik, yurda, elə-obaya bağlılıq və qayğıkeşlik nümunəsidir.

 

***

  

Fərman Cahan oğlu Ceyranlı 1957-ci ildə Saqareco rayonunda anadan olub. 1974-cü Yor-Muğanlı kəndində orta məktəbi bitirib və elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1980-ci ildə institutu bitirib və sonra 1 saylı Tbilisi şəhər klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib. 1985-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib. On il Moskvada elmi fəaliyyət göstərməklə yanaşı, həm də praktik cərrah kimi çalışan F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm idarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi cərrahlıq mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub. 200-dən artıq elmi məqaləsi nəşr olunub, 6 ixtirası, 2 monoqrafiyası var. On nəfərədək tibb elmləri namizədi və doktorları yetişdirib. 2004-cü ildən Azərbaycanda ilk özəl klinikalardan biri olan “Lanset” cərrahlıq klinikasının təsisçisi və rəhbəri kimi fəaliyyət göstərib. On mindən çox müxtəlif, mürəkkəb cərrahi

müdaxilələr aparıb ki, bunların da 20%-ni üzərində bir və ya bir neçə dəfə uğursuz əməliyyatlar aparılan (ölkə daxilində və xaricində olan klinikalarda) xəstələr təşkil edir.

Son illərdə fəaliyyətini Gürcüstanda – Tiflisdə davam etdirən professor Fərman Ceyranlı bütün cərrahi sahələri əhatə edən – orqan köçürmə əməliyyatlarından tutmuş, beyin, ürək-damar, qarın böşluğu, döş boşluğu cərrahiyyəsi, travmatologiya, ortopediya, urologiya, qinekologiya, oftalmologiya, larinqologiya, və cərrahiyyənin digər sahələri üzrə uğurla fəaliyyət göstərən LANCET Tibb Mərkəzinin yaradıcısıdır.

Hörmətli eloğlumuza daha böyük uğurlar arzulayırıq.

 

Musa NƏBİOĞLU

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina