Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

XALQ ŞAİRİ ZƏLİMXAN YAQUBUN MƏZARÜSTÜ ABİDƏSİNİN AÇILIŞI OLUB

Yanvarın 9-da Fəxri xiyabanda Xalq Şairi Zəlimxan Yaqubun ölümünün ildönümü münasibətilə xatirəsi anılıb və məzarüstü abidəsinin açılışı olub.

Mərasimdə Milli Məclisin deputatları, elm, mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri və şairin yaxınları iştirak edib.

Akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov çıxışını Zəlimxan Yaqubun ruhuna müraciətlə başlayaraq onun Azərbaycan ədəbiyyatının inkişafındakı böyük xidmətlərindən danışıb: “Əziz qardaşım, böyük şair, səninlə ayrılığın bir ilinin tamamında, abidəyə çevrilərək millətə qayıtdığın bu anlarda çıxışımı sənə müraciətlə başlayıram. Bura elə bir məkandır ki, burada Azərbaycanın böyük şəxsiyyətləri uyuyur. Sən də müqəddəs Vətən torpağına burada qovuşmusan. Zəlimxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustadlarından idi. Zəlimxan Yaqub Vətənini, xalqını sevirdi. Dövlətinə sadiq insan idi və bütün bunları yaradıcılığında əks etdirirdi. Zəlimxan Yaqub bütün yaradıcılığı ilə onsuz da abidəyə çevrilmişdi. O, bu gün abidə formasında yenidən bizə qayıtdı. 66 il ömür sürən Zəlimxan Yaqub Azərbaycanın ən dəyərli şairlərindən biridir. O, daima Azərbaycan tarixində, ədəbiyyatında yaşayacaq”.

Rafael Hüseynov qeyd edib ki, Zəlimxan Yaqubun yaradıcılığına, onun istedadına ən böyük qiyməti ümummilli lider Heydər Əliyev verib. Prezident İlham Əliyev də daim şairə xüsusi diqqət və qayğı ilə yanaşıb.

Milli Məclisin mədəniyyət komitəsinin sədri vurğulayıb ki, Zəlimxan Yaqubun yaradıcılığında təkcə Güneyli-Quzeyli Azərbaycan həqiqətləri yox, bütün Türk və İslam dünyası öz əksini tapıb. Elə ona görə də Zəlimxan Yaqub bütün Türk və İslam dünyasına mənsub şairdir.

Professor Qəzənfər Paşayev şair haqqında xatirələrini bölüşüb. Bildirib ki, Zəlimxan Yaqub sözün tarixi məsuliyyətini hiss edən və ömrünün sonunadək əlindən qələmi yerə qoymayan şair idi. Onun yurd, xalq sevgisindən yoğurulmuş şeirləri Azərbaycan insanı ilə həmişə bir yerdə olacaq.

AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov Zəlimxan Yaqubun müasir Azərbaycan poeziyasının böyük simalarından biri olduğunu deyib. Vurğulayıb ki, Zəlimxan Yaqub yaratdığı əsərləri ilə qüdrətli qələm sahibi kimi daim ürəklərdə yaşayacaq. O, həm gözəl poeziya nümunələri yaradır, həm də Azərbaycan poeziyasını bütün dünyada təbliğ edirdi. O, ürəyindən keçənləri özünəməxsus intonasiya ilə dünyaya çatdırırdı. Zəlimxan Yaqub, eyni zamanda türk dünyasının böyük şairidir və hər yerdə onun xatirəsi ehtiramla anılır.

Cənubi Azərbaycandan gəlmiş şair Əli Ellər Cənubda Xalq şairinə olan sevgidən bəhs edib, Zəlimxan Yaquba ithaf etdiyi şeiri səsləndirib.

Xalq Şairinin abidəsinin müəllifi, Xalq rəssamı Natiq Əliyev, memarı isə Tərlan Həsənovdur.

Şairin ailəsi adından çıxış edən oğlu Bəhlul Yaqubov Zəlimxan Yaqubun xatirəsinə göstərdikləri yüksək hörmət və ehtirama görə hər kəsə öz minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Zəlimxan Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina