Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstan Parlamentində Azərbaycanlılar necə təmsil olunub?

"Etnik Mənsubiyyət və Multikulturalizm Araşdırmaları Mərkəzi" "Gürcüstan Parlamentində Milli Azlıqlar" başlıqlı məlumat hazırlayıb. 

Məlumat 2017-ci ilin yanvar ayında yayınlanıb.

Gürcüstan parlamentində etnik və milli azlıqların sayı 
ən az 1992-1995-ci illərdə, 
ən çox 1995-1999-cu illərdə olub. 

1992-1995-ci illərdə Gürcüstan Parlamentində azərbaycanlılar təmsil olunmayıb.
Ən çox azərbaycanlı 
1999-2004-cü illər ərzində 
6 nəfər olub. 


Ən böyük üçüncü qrup olan ermənilər də həmin dönəm ərzində, yəni 1999-2004-cü illərdə parlamentdə ən çox nümayəndədən, yəni 7 nəfərdən ibarət olublar.

1990-1991-ci illər
1990-1991-ci illərdə “Ali Şura”nın tərkibi 250 nəfərdən ibarət idi. O dönəmdə Gürcüstanda parlamentin olaraq “Ali Şura” fəaliyyət göstərirdi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 29.9 %-ni təşkil edirdilər. Ali şuranın isə 3.2 %-i, yəni 8 nəfəri (2 nəfər erməni, 2 nəfər azərbaycanlı, 2 nəfər rus, 1 nəfər apxaz, 1 nəfər yunan) etnik və milli azlıqların nümayəndəsi idi.
*Əhalinin sayı 1989-cu ildə keçirilmiş siyahıya almaya əsasən hesablanıb.

1992-1995-ci illər
1992-1995-ci illərdə parlamentin tərkibi 235 nəfərdən ibarət idi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 29.9 %-ni təşkil edirdilər. Parlamentin isə 2.6 %-i, yəni 6 nəfəri (2 nəfər erməni, 1 nəfər rus, 1 nəfər apxaz, 1 nəfər yunan, 1 nəfər gürcü yəhudi) etnik və milli azlıqların nümayəndəsi idi.
*Burda da əhalinin sayı 1989-cu ildə keçirilmiş siyahıya almaya əsasən hesablanıb.

1995-1999-cü illər
1995-1999-cü illərdə seçilmiş parlamentin 7.7 %-i, yəni 235 deputatın 18 nəfəri (5 nəfər erməni, 5 nəfər azərbaycanlı, 3 nəfər rus, 1 nəfər osetin, 1 nəfər apxaz, 1 nəfər yunan, 1 nəfər gürcü yəhudi, 1 nəfər kürd/yezid) etnik və milli azlıqlardan olub. Ümumi ölkə əhalisinin* isə 25%-i etnik və milli azlıqdan ibarət idi.
*Əhalinin tərkibi təxmini hesablamalara əsasən müəyyən olunub və etnik və milli azlıqların sayında bu dönəm ərzində azalma müşahidə olunurdu.

1999-2004-ci illər
1999-2004-ci illərdə parlamentin tərkibi 235 nəfərdən ibarət idi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 18 %-ni təşkil edirdilər. Parlamentin isə 7.2 %-i, yəni 17 nəfəri (7 nəfər erməni, 5 nəfər azərbaycanlı (Azər Süleymanov və b.), 1 nəfər rus, 2 nəfər apxaz, 2 nəfər gürcü yəhudi) etnik və milli azlıqların nümayəndəsi idi.
*Əhalinin tərkibi təxmini hesablamalara əsasən müəyyən olunub və etnik və milli azlıqların sayında bu dönəm ərzində azalma müşahidə olunurdu.

2004-2008-ci illər
2004-2008-ci illərdə parlamentin tərkibi 235 nəfərdən ibarət idi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 16.25 %-ni təşkil edirdilər. Parlamentin isə 4.7 %-i, yəni 11 nəfəri (5 nəfər erməni, 3 nəfər azərbaycanlı , 2 nəfər gürcü yəhudi, 1 nəfər osetin) etnik və milli azlıqların nümayəndəsi idi.
*2002-ci ildə keçirilmiş əhalinin siyahıya alınmasına əsasən

2008-2012-ci illər
2008-2012-ci illərdə parlamentin tərkibi 150 nəfərdən ibarət idi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 16.25 %-ni təşkil edirdilər. Parlamentin isə 4 %-i, yəni 6 nəfəri (3 nəfər azərbaycanlı (Azər Süleymanov və b.), 3 nəfər erməni) etnik və milli azlıqların nümayəndəsi idi.
*2002-ci ildə keçirilmiş əhalinin siyahıya alınmasına əsasən

2012-2016-ci illər
2012-2016-ci illərdə parlamentin tərkibi 150 nəfərdən ibarət idi. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 16.25 %-ni təşkil edirdilər. Parlamentin isə 5.3 %-i, yəni 8 nəfəri (3 nəfər azərbaycanlı (Azər Süleymanov, Mahir Dərziyev, Əli Məmmədov), 3 nəfər erməni, 1 nəfər osetin, 1 nəfər kürd/yezid) etnik və milli azlıqların nümayəndəsi idi.
*2002-ci ildə keçirilmiş əhalinin siyahıya alınmasına əsasən

2016-2020-ci illər
2016-2020-ci illərdə parlamentin tərkibi 150 nəfərdən ibarətdir. Etnik və milli azlıqlar Gürcüstan əhalisinin* 13.17 %-ni təşkil edirlər. Parlamentin isə 7.3 %-i, yəni 11 nəfəri (4 nəfər azərbaycanlı (Azər Süleymanov, Mahir Dərziyev, Ruslan Hacıyev və Savalan Mirzəyev), 3 nəfər erməni, 2 nəfər apxaz, 1 nəfər osetin, 1 nəfər kürd/yezid) etnik və milli azlıqların nümayəndəsidir.


*2014-ci ildə keçirilmiş əhalinin siyahıya alınmasına əsasən

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina