Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“Borçalı” İctimai Birliyinin növbəti tədbiri keçirildi

Bu gün - 28 yanvar 2017-ci ildə “Borçalı” İctimai Birliyi Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında gürcüstanlı soydaşlarımızın rolu” mövzusunda növbəti tədbirini keçirib.

Tədbirdə “Borçalı” İctimai Birliyinin rəhbərliyi, İdarə Heyəti və təssübkeşləri ilə yanaşı, respublikamızın elm müəssisələrinin və ali məktəblərinin rəhbərləri, o cümlədən, AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Millət vəkili Yaqub Mahmudov, Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Azərbaycanın Xalq artisti Eldost Bayramov, Azərbaycanın Əməkdar jurnalisti İlyas Adıgözəlli, "ZiM.Az" saytının və "Şərqin səsi" qəzetinin Baş redaktoru Müşfiq Borçalı, redaktor müavini Sona Abbasəliqızı, tanınmış şair, "Qızıl Qılım" mükafatı laureatı Oqtay Rza, tanınmış şairlər Sabir Sadaxlı, Nazilə Səfərli, Səadət Novruzqızı, Telli Sənəm Borçalı, Aşıq Aidə Gülzar, təhsil işçiləri, millət vəkilləri, tanınmış ziyalılar, eləcə də ictimai qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri də 
iştirak ediblər.

Milli birlik mənbəyimiz olan milli dəyərlərimizin, mənəviyyatımızın inkişafında böyük rolu olmuş gürcüstanlı soydaşlarımızın zəngin mədəniyyətlərinin qorunması naminə keçirilən tədbirə çoxsaylı media işçiləri də qatılıblar.

Tədbirdə həmçinin qardaş Türkiyədən və qonşu Gürcüstandan gəlmiş qonaqlar da iştirak ediblər.

Tədbiri giriş sözü ilə “Borçalı” İctimai Birliyinin sədri, tarixçi alim, dosent Kərəm Məmədov açıb. 

Sonra mövzu ilə bağlı 
AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Millət vəkili Yaqub Mahmudovun, ADPU-nun dosenti, dəyərli soydaşımız, tanınmış tədqiqatçı-alim, filologiya üzrə fəlsəfə doktoru Razim Məmmədli və BİB-in sədrin müavini, publisist Şərif Kərimlinin məruzələri dinlənilib. 

Daha sonra məruzələr ətrfında “Şərəf” ordenli şairə, “Abdulla Şaiq” və “Qızıl Qələm” mükafatları laureat Səadət Buta, Dünya Qarapapaq Türkləri Birliyinin Genəl Sekreteri Selahettin Turan, tarixçi-alim Firdovsiyyə Əhmədova, politoloq Natiq Miri, "Birlik" jurnalının Baş redaktoru, şair-jurnalist İlqar İlkin, BİB İH-nin üzvləri Asif Ozan, Dəyanət Osmanlı, Sərkərdə Sərxanoğlu və başqaları çıxış ediblər. 

Sonda "Qafqazmedia" İctimai Birliyinin sədri Hacıxanım Azadə-Taleh Hüseynova Dünya Qarapapaq Türkləri Birliyinin Genəl Sekreteri Selahettin Turanı, "Salam" Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya xanım Rəcəbovanı və“Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmədovu Azərbaycan-Gürcüstan və Türkiyə respublikaları arasnda dostluq-qardaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə 
"Qız Qalası" Fəxri diplomu ilə təltif edib.

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina