Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Səfir Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkmişdir

2017-ci il fevralın 9-da Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Dursun Həsənov Tiflis Dövlət Azərbaycan Dram Teatrına baş çəkərək teatrın problemləri və iş şəraiti ilə tanış olmuşdur. 

Gürcüstanın Newposts.ge saytının bu barədə teatrın mətbuat xidmətinə istinadən yaydığı "Yeni təyin olunmuş səfir, qəzalı bina bə teatrda ümid" başlıqlı məlumatda aşağıdakılar qeyd olunur:

"Azərbaycan Dövlət Teatrının qəzalı vəziyyətdə olması və ağır şəraiti barədə onun aktyorları və mətbuat xidmətindən çox eşitmişik. 
Buna rəğmən, "Nyupost"a bəlli oldu ki, tezliklə hər şey yaxşı mənada dəyişə bilər. 
Bu ümid Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun teatra baş çəkməsindən sonra yarandı.

Yeni təyin olunmuş səfir teatrın binası ilə tanış olaraq əməkdaşların necə dözülməz iş şəraitində çalışdıqlarını görmüşdür. 
O, illər ərzində qəzalı bina və bərbad infrastruktur şəraitinə baxmayaraq, teatrın fəaliyyətini bir gün belə dayandırmadığına görə, kollektivə öz təşəkkürünü bildirmiş, eyni zamanda imkan və səlahiyyətləri çərçivəsində köməklik göstərəcəyinə söz verdi.

Teatrın mətbuat xidmətindən bildirdilər ki, teatrda yeni səfirə böyük ümidlər bəsləyirlər. 
Səfir Dursun Həsənov teatrın bədii rəhbəri Varlam Nikoladzeni və direktor müavini, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Namiq Hacıyevi bu mədəniyyət ocağında mövcud problemləri və onun gələcək perspektivini daha ətraflı müzakirə etmək üçün Səfirliyə dəvət etmişdir”.

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina