Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tezliklə Gürcüstan parlamentində də Azərbaycan ilə dostluq qrupu yaradılacaq

"Gürcüstan Azərbaycan ilə parlamentlərarası əlaqələrin inkişafında maraqlıdır. Tezliklə Gürcüstan parlamentində də Azərbaycan ilə dostluq qrupu yaradılacaq".

Bu sözləri Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev müsahibəsində söyləyib.

O deyib ki, doqquzuncu çağırış Gürcüstan parlamentində prosedur məsələlər artıq başa çatıb. Qanunlar paketi, xarici siyasət kursu və s. artıq həllini tapıb. Hazırda bir sıra məsələlər, o cümlədən Azərbaycan parlamenti ilə dostluq qrupunun yaradılması müzakirə olunur. Dostluq qrupu tezliklə yaradılacaq.

R.Hacıyev bildirib ki, parlamentlərarası dostluq qruplarının yaradılması, deputatların mütəmadi səfərlərinin təşkili, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsi, parlamentlərarası beynəlxalq qurumlarda birgə əməkdaşlıq iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.

Parlamentin digər deputatı Tamaz Naveriani Gürcüstan parlamentində belə bir qrupun yaradılmasının vacibliyini vurğulayaraq deyib: “Azərbaycan bizim strateji tərəfdaşımızdır. İki ölkənin parlamentləri arasında dostluq qruplarının yaradılması qarşıda duran əsas məqsədlərimizdən biridir. Azərbaycan parlamentində belə bir qrup var. Gürcüstan parlamentində bununla əlaqədar iş gedir və dostluq qrupu tezliklə fəaliyyətə başlayacaq. İnanıram ki, parlamentlərarası dostluq qrupları təkcə qanunverici orqanlar arasında deyil, bütövlükdə dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafında mühüm rol oynayacaq”.

Xətayi Əzizov

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina