Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“Gürcüstan- Azərbaycan Media Mərkəzi “ fəaliyyətə başlayıb

Gürcüstan- Azərbaycan Media Mərkəzi hər iki ölkənin media körpüsü funksiyasını daşıyacaq

Gürcüstanda  “Gürcüstan- Azərbaycan Media Mərkəzi “ fəaliyyətə başlayıb. Bir qrup azərbaycanlı gəncin təsis etdiyi mərkəzin rəhbəri tanınmış jurnalist, “Amerika-Azərbaycan Jurnalistika Akademiyası” nın məzunu, uzun illər ANS TV-də çalışan Amil Hacıyevdir.

Jurnalistin verdiyi məlumata görə, “Gürcüstan- Azərbaycan Media Mərkəzi” nin əsas məqsədi iki ölkə mediası arasında əməkdaşlıq, fikir, təcrübə mübadiləsi aparmaq, dostluq əlaqələri yaratmaqla hər iki dövlətin həqiqətlərini yaymaqdır. “Son zamanlar müşahidə etdim ki, Gürcüstanda iki dövlətin dostluq münasibətlərinə mane olan qüvvələr var. Bunlarla mübarizə üçün həqiqətləri yaymaq lazımdır. Gürcüstan haqqında, orada yaşayan soydaşlarımızın sosial problemlərini qabartmaq, media vasitəsilə onlara dəstək vermək istəyirik”. –deyə Amil Hacıyev bildirib.

Onun sözlərinə görə, mərkəz  həmçinin bir kommersiya təşkilatı kimi də fəaliyyət göstərəcək. Azərbaycandakı istənilən sayt, hətta televiziyalar bura gəlmədən müsahibə və tədbirlərin işıqlandırılması üçün Media Mərkəzə müraciət edə biləcək.

Hazırda Media Mərkəzin nəzdində  xəbər portalının hazırlanması üzərində də işlər aparılır.

Gürcüstan vətəndaşı olan Amil Hacıyev hazırda Kvemo Kartli” televiziyasında həftədə 5 gün olmaqla, Azərbaycan dilində efirə gedən xəbərlər proqramının aparıcısıdır. 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina