Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb

Martın 16-da Prezident İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

 Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu səfərin əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirib.

Ənənəvi olaraq hər il Qlobal Bakı Forumunda iştirak etdiyini vurğulayan Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Forumun mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Gürcüstan Prezidenti qeyd edib ki, bu tədbirlə bağlı Azərbaycana səfəri dövlətimizin başçısı ilə görüşmək imkanı yaradır və eyni zamanda, öz həmkarları ilə müzakirələr aparmaq baxımından da önəmlidir. Giorgi Marqvelaşvili ölkələrimiz arasında strateji münasibətlərin dərinləşdiyini bildirərək bu münasibətlərin ən yüksək səviyyədə olduğunu deib.

Prezident İlham Əliyev ölkələr arasında yaxın qarşılıqlı fəaliyyətin mövcud olduğunu vurğulayaraq, münasibətlərimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edib və əlaqələrimizin bölgədə və ümumiyyətlə, beynəlxalq səviyyədə mühüm rol oynadığını deyib. Dövlətimizin başçısı münasibətlərimizin bundan sonra da möhkəmləndirilməsi üçün səyləri əsirgəməməyin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin digər sahələrdə də əməkdaşlığın gücləndirilməsi işinə xidmət etdiyini bildirib.

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina