Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycanda müvəqqəti yaşayan Gürcüstan vətəndaşları ilə bağlı məsələyə aydınlıq gəldi - TƏFƏRRÜAT

 

16 yaşına çatmayan xarici ölkə vətəndaşlarının Azərbaycanı tərk edərkən çıxış icazəsi alması ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilib.

 

 Azərbaycan Respublikasında vətəndaşlığı olmadan 10 gündən artıq qaldıqda “Olduğu yer üzrə qeydiyyat”a düşərkən 16 yaşına çatmamış uşaqlarınızı da qeydiyyata salmalısınız.

 

Əgər 16 yaşına çatmamış şəxs ölkəyə daxil olduğu 10 gün ərzində qeydiyyata alınarsa, sərhəddə çıxış haqqında heç bir sənəd tələb olunmur.

 

Yox, əgər 10 gün ərzində qeydiyyata salmamısınızsa, Dövlət Miqrasiya Xidmətinə ölkədən çıxış haqqında icazə alınması üçün müraciət etməli və icazə alındıqdan sonra 48 saat ərzində ölkəni tərk etməlisiniz. Əks halda sərhəd keçid məntəqəsində problemlə üzləşəcəksiniz.

 

Xatırladaq ki,ötən gün 16 yaşına çatmayan uşaqların Azərbaycanı tərk edərkən Dövlət Miqrasiya Xidmətinin müvafiq idarəsindən çıxış icazəsi almaları ilə bağlı məlumat yayılmışdı.

 

Məlum olub ki, bu qadağa xeyli vaxtdır tətbiq olunur və artıq bir neçə gündür ki, icrasına ciddi nəzarət olunur.

 

Bunu bilməyən minlərlə insan problemlə üzləşib. Dövlət Miqrasiya Xidmətinin qaynar xəttindən bildirilib ki, çıxış icazəsi xeyli vaxtdır tətbiq olunur. Sadəcə Gürcüstanla sərhəddə güzəşt kimi bu icazəni alanlar öz ölkələrinə buraxılıb. Amma bundan sonra heç bir güzəşt tətbiq olunmayacaq.

 Xəbər.ge

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina