Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycanlı cərrah Fərman Ceyranlı Gürcüstanda həbs edildi

“Lanset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı Gürcüstanda həbs edilib.

Professor Fərman Ceyranlın məhkəməsi baş tutub. 
 Tbilisi şəhər məhkəməsinin hakimi Arsen Kalatozişvilinin hökmü ilə həbs qəti imkan tədbiri seçilib. 
Müdafiə tərəfi həbs əvəzinə 100 000 lari pul müqabilində şərti azadlığa buraxılmasını tələb etsə də, hakim bu tələbi qəbul etməyib. Növbəti məhkəmə isə 12 iyul tarixinə təyin edilib.
Məhkəmə Gürcüstan prokraturasının iddiası əsasında keçirilir. F. Ceyranlı Tbilisi şəhər məhkəməsinin verdiyi qərara əsasən, həbs olunub. Tbilisi Şəhər məhkəməsi Fərman Ceyranlını cinayət məcəlləsinin 180-ci maddəsinin 3 bəndi və eyni məcəllənin 247-ci maddəsinin 1-ci bəndi ilə „Lansent“ klinikasının rəhbərini pasientindən küllü miqdarda məbləği dələduzluq yolu ilə mənimsəməsi və insan həyatına və sağlamlığına ziyan vurmaqda ittiham edir. 
 Cinayət işində iki nəfərin adı keçir.

Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset”in senziyası geri alınıb. 

On il Moskvada elmi fəaliyyət göstərməklə yanaşı, həm də praktik cərrah kimi çalışan F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm idarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi cərrahlıq mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub.

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina