Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstana avtomobillə gedənlər üçün qaydalar dəyişir - VİDEO

2018-ci ildən Gürcüstan ərazisi ilə hərəkət edən, lakin xaricdə qeydiyyata alınmış avtomobillər üçün icbarı sığorta qüvvəyə minəcək. Bununla da Gürcüstana avtomobillə daxil olarkən icbari sığortaya görə yeni tariflər tətbiq olunacaq.

Bəs yeni qaydalar Azərbaycandan bu ölkəyə avtomobillə gedənlərə tətbiq olunacaqmı?

Xəbər.ge xəbər verir ki,  “XəzərXəbər” məsələyə aydınlıq gətirib.

Ekspert Ərşad Hüseynov bildirir ki, Gürcüstanda əvvəllər belə bir sığorta olub. Ancaq yeni qanunun qəbul edilməsi ilə tariflərdə artımlar olacaq.

Ərşad Hüseynovun sözlərinə görə indi Gürcüstan eləcə də digər ölkələr yaşıl kartın üzvü olduğuna görə həmin ölkələrə onsuz da beynəlxalq səviyyədə icbari sığorta olmadan avtomobillə daxil olmaq mümkün deyil. Buna görə də Gürcüstanın icbari sığortalar haqqında qanununda dəyişiklik Azərbaycanda hər sürücüyə şamil edilməyəcək.

Yaşıl kart sığortasından faydalanmaq üçün isə tariflər beynəlxalq tariflər olduğuna görə onun həcmi maliyyə nazirliyi tərəfindən müəyyən olunur. Yaşıl kart sığortası isə Azərbaycandakı sığorta şirkətləri tərəfindən verilməkdədir. Sığortanın məbləği isə gediləcək ölkədən və orda qalmaq müddətindən asılı olaraq dəyişir. 

 

Media

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina