Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib

İyulun 12-də Azərbaycanda Atatürk Mərkəzində tədqiqatçı, tanınmış dilçi-türkoloq, Nyu-York Elmlər Akademiyasının akademiki, uzun müddət Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində dillər kafedrasının müdiri və Prezident yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş filologiya elmləri doktoru, professor Mədəd Çobanovun 80 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

Tədbirdə M.Çobanovun “Azərbaycan şəxs adları” və “Azərbaycan antroponimiyasının əsasları” kitablarının yenidən işlənmiş və əlavələr olunmuş üçüncü nəşrləri, eləcə də yubilyara həsr olunmuş “Elin və elmin ağsaqqalı” kitabı təqdim olunub.

Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli alimin həyat və fəaliyyətindən bəhs edib. Akademik bildirib ki, professor M.Çobanov Azərbaycan dialektologiyası, onomastikası, ümumi türkoloji məsələlər, müasir Azərbaycan ədəbi dili, dilin tədrisi metodikası, dil əlaqələri, ədəbi tənqidlə bağlı 80-ə yaxın kitabın, 28 tədris proqramının, 600-dək elmi məqalənin, ölkə həyatının siyasi, iqtisadi və mədəni-maarif məsələlərinə həsr olunmuş 220-dən çox oçerkin müəllifidir. O, 60-a yaxın kitabın redaktoru, rəyçisi və tərcüməçisi, 110 elmi konfransın fəal iştirakçısı, 100-dən çox doktorluq və namizədlik dissertasiyalarının opponenti və rəyçisi olub. Onun elmi-pedaqoji fəaliyyətinə dair bir neçə kitab, onlarca məqalə, əsərləri haqqında 100-dək rəy, 30-a yaxın şeir və oçerk yazılıb.

Tədbirdə N.Cəfərovun yubilyara həsr etdiyi “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” kitabından da danışılıb. Məlumat verilib ki, kitabda M.Çobanovun mənalı həyat yolu, ictimai, elmi-pedaqoji, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti kimi məhsuldar fəaliyyətindən bəhs olunur.

Qeyd olunub ki, professor M.Çobanov Azərbaycan-gürcü xalqlarının tarixi və ədəbi əlaqələri sahəsindəki xidmətlərinə görə 2008-ci ildə GUAM təşkilatının diplomu, 2011-ci ildə “Ən yaxşı vətənpərvər tədqiqatçı-alim – ilin alimi “Qızıl medal”ı ilə təltif olunub. 2012-ci ildə isə “Dədə Qorqud” Fondu yubilyarı “Qızıl ürək” qızıl medalı ilə mükafatlandırıb. M.Çobanov çoxşaxəli elmi yaradıcılığa malik olan yenilikçi alimlərimizdəndir. Alimin əsərləri Azərbaycan, özbək, qazax, qırğız, türkmən, rus, gürcü və başqa xalqların dillərinə tərcümə olunub.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu professor M.Çobanovun elmi əsərlərinin əhəmiyyətindən söhbət açaraq ona yeni yaradıcılıq uğurları arzulayıb.

Əməkdar Elm Xadimi, professor Nizami Xudiyev M.Çobanovun dilçi filoloqlarımız arasında seçildiyini diqqətə çatdırıb. N.Xudiyev qeyd edib ki, bir alim kimi M.Çobanovun yaradıcılığı olduqca genişdir. O, gənclik enerjisi ilə araşdırmalar aparır, yeni-yeni uğurlara, nailiyyətlərə imza atır.

Görkəmli alimin elmi pedaqoji fəaliyyətindən bəhs edən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev M.Çobanovun əsərlərinin elmi-nəzəri və təcrübi cəhətdən çox əhəmiyyətli olduğunu vurğulayıb.

Daha sonra respublikamızın tanınmış alimləri, yubilyarın həmkarları çıxış edərək görkəmli alimin 80 illik həyat yoluna nəzər salaraq onun apardığı elmi araşdırmaların türkologiya tarixində xüsusi yeri olduğunu bildiriblər.

Tədbirdə yubilyar Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov və “Qafqaz-Press” İctimai Birliyinin sədri Azadə Taleh tərəfindən fəxri fərmanlarla təltif edilib.

Sonda professor M.Çobanov tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirib.

 www.DARVAZ.com redaksiya heyəti adından təbrik edir, uzun ömür, cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina