Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Azərbaycan səfiri Tbilisidə Axundzadə adına məktəbə baş çəkib

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov yeni dərs ilinin başlaması ilə əlaqədar Tbilisidəki Mirzə Fətəli Axundzadə adına 73 saylı orta məktəbə baş çəkib.

 

Məktəbin direktoru Salman Pirməmmədoğlu məktəbin yeni tədris ilinə tam hazır olduğunu deyib: "Məktəbin 100-dən çox yaşı var. Təhsil ocağının Tbilisidəki məktəblər arasında öz yeri var və həm Azərbaycan, həm də Gürcüstan hökumətinin dəstəyini alır. Bu il məktəb həkim otağı və istilik sistemi ilə təchiz olunub".

 

Onun sözlərinə görə, bu il məktəbin 18 məzunundan 14-ü ali məktəbə qəbul olub. Direktor bu ilki tədris ilində 1-ci sinfə 17 şagirdin qəbul olunduğunu diqqətə çatdırıb.

 

Səfir Dursun Həsənov çıxışında məktəbin müəllim kollektivi, şagirdlərə və valideynlərə yeni dərs ilində müvəffəqiyyətlər arzu edib.

 

Qeyd edək ki, M. F. Axundzadə adına 73 saylı orta məktəb 2010-cu ildə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir olunub.

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina