Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“Caspian Energy Georgia” şirkətinin fəaliyyətə başlaması ilə əlaqədar rəsmi tədbir keçirilmişdir

“Caspian European Club” və “Caspian American Club” sentyabrın 29-da Gürcüstanda birinci “CEO Lunch Tbilisi” təşkil edib. 

“Caspian European Club”dan Azadinform-a verilən məlumata görə, “Caspian Energy Georgia”nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə “CEO Lunch Tbilisi” təşkil olunub. Fəxri qonaq qismində “CEO Lunch”da, həmçinin Gürcüstanın Baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, bölgə qubernatoru Kvemo-Kartli Qriqol Nemsadze və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov iştirak ediblər. 

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili “Caspian Energy Georgia” şirkətinin yaradılmasını müsbət hal kimi qiymətləndirərək, təşkilatın Gürcüstanla Azərbaycan arasındakı iqtisadi-ticari əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib. Onun sözlərinə görə, geniş imkanların mövcud olduğu şərtlər daxilində bu cür görüşlər mühüm əhəmiyyət kəsb edir və biznes nümayəndələrinə bir-birlərini yaxından tanımağa, perspektivli ortaq layihələri müzakirə etməyə şərait yaradır. Gürcüstanın Baş naziri həmçinin görüşün təşkilatçılarına minnətdarlığını bildirib və bu gündən belə görüşlərin mütəmadi hal alacağını deyib. 

“Bu, yeni biznes təşəbbüslərinin yaranmasına, təkcə Gürcüstan və Azərbaycan biznesmenləri deyil, həm də digər ölkələrin nümayəndələri arasında əlaqələrin genişlənməsinə səbəb olacaq”, - deyə o bildirib. 

İkitərəfli münasibətlərə toxunan Baş nazir qeyd edib ki, Gürcüstan və Azərbaycan təkcə strateji partnyor deyillər: “Bir sıra iri layihələrdə əməkdaşlıq edərək biz birlikdə daha sabit və inkişaf etmiş region qururuq. Biz həmçinin region və bazarları birləşdirərək Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi veririk. Bu əlaqələr və əməkdaşlıq iqtisadi dirçəliş, tərəqqi, eləcə də sabitlik meydanıdır”. 

G.Kvirikaşvili, həmçinin qeyd edib ki, Gürcüstan hökuməti ölkəyə investisiya etmək üçün maksimal dərəcədə çalışır və Gürcüstan azərbaycanlı biznesmenlər üçün hər zaman açıqdır. 

“Ümid edirəm ki, gürcüstanlı biznesmenlər də Azərbaycandakı fəaliyyətlərini genişləndirəcəklər”, - deyə Baş nazir çıxışına yekun vurub. 

“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, “CEO Lunch Tbilisi”nin “Caspian Energy Georgia”nın fəaliyyətinin yenilənməsi çərçivəsində keçirilən ilk tədbirdir. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin “Caspian European Club”un dəstəyilə 2018-ci ilin martında V Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forumun açılış mərasimində Gürcüstanın Baş-naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır. 

Telman Əliyev bildirib ki, növbəti “CEO Lunch Tbilisi” 2017-ci il oktyabrın 27-də keçiriləcək və sonradan hər ayın sonuncu cümə günü baş tutacaq.  

Tədbir çərçivəsində “PASHA bank Georgia” və “Debet Georgia” şirkətləri görüş iştirakçıları üçün təqdimat keçirib. Qeyri-rəsmi şəraitdə sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandırılan suallara toxunulub, həmçinin iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb. 

“Caspian European Club” və “Caspian American Club”a daxil olan və burada iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim edilib. 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina