Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

“Daşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumunda darvazlı heykəltəraşın əsəri xüsusi diqqət çəkib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Daşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilib

 

Oktyabrın 10-da Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə “Daşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilib.

 

Simpoziuma Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Yeni Zelandiya, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya və Çindən 20 heykəltəraş qatılıb.

Azərbaycanı təmsil edən heykəltəraşlardan biri həmyerlimiz darvazlı Orxan Nəbizadə olmuşdur. Sənətkarın "Xəzri-Gilavar" adlı əsəri simpozium iştirakçılarının diqqətini cəlb etmiş, böyük marağa səbəb olmuşdur.

 

İştirakçılar simpozium zamanı Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda əsərlər yaradıblar.

Əsərlərin təqdimatı mərasimində Heydər Əliyev Fondunun İcraçı direktoru Anar Ələkbərov, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Simpoziumun iştirakçısı olan heykəltəraşlar sertifikatlarla təltif olunmuşlar.

Tədbirdə Azərbaycanın Beynəlxalq Heykəltəraşlar Simpoziumu Alyansına üzv olduğu qeyd edilib.

 

Xatırladaq ki, “Daşın nəğməsi” Beynəlxalq heykəltəraşlıq simpoziumu ilk dəfə 2016-cı ildə keçirilib və tədbirdə 10 ölkədən 14 heykəltəraş iştirak edib. Simpozium çərçivəsində yaradılan işlər hazırda Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində sərgilənir.

 

www.DARVAZ.com saytının redaksiya heyəti adından Orxan Nəbizadəni təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina