Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

DARVAZLI PROFESSORA RUSİYADA FƏXRİ AD VERİLDİ (video)

TƏBRİK EDİRİK! Həmyerlimiz – Borçalının Darvaz kəndindən olan Fuad Şamil oğlu Əliyev 2017-ci il noyabr ayının 4-də Rusiya Fedresiyasının Prezidenti V.Putinin sərəncamı Rusiya Federasiyasının "Əməkdar həkimi" fəxri adına layiq görülüb. Eloğlumuzu bu yüksək ada layiq görülməsi münasibəti ilə www.Darvaz.com saytın redaksiya heyəti adından təbrik edir, ona uzun və sağlam ömür, gələcək fəaliyyətində daha böyük uğurlar arzulayrıq. Xatırladaq ki, Fuad Əliyev Borçalıda, uzun müddət Dmanisi (Başkeçid) rayon xəstəxanasında çalışmış və hazrda da Başkeçiddə yaşayan məşhur Şamil həkimin oğludur.

Fuad Şamil oğlu Əliyev 1965-ci il yanvar ayının 1-də anadan olmuşdur. 1981-ci ildə Dmanisidə (Başkeçiddə) orta məktəbi bitirib. O, özünə peşə seçməkdə tərəddüd etməyib, Borçalıda məşhur həkim kimi tanınan atası Şamil Əliyevin yolu ilə gedərək həkim olmağı qərarlaşdırıb və 1981-di ildə Tümen Tibb İnstitutuna daxil olub. İnstitutun müalicə işi fakültəsini cərrah ixtisası üzrə bitirib. Ali təhsilini başa vurduqdan sonra elmi-tədqiqatla məşğul olub və 1992-ci ildə dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. Fuad Əliyev uzaq Tümendə bacarıqlı həkim kimi Borçalını ləyaqətlə təmsil edir, buradakı Azərbaycan diasporasının işində də fəallıq göstərir. 2001-ci ilin noyabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayında Tümendən gəlmiş nümayəndə heyətinə başçılıq edərək qurultayda çıxış etmişdir. Hazırda Tümen Dövlət Tibb Universitetində kafedra müdiri, professordur. 2017-ci il noyabr ayının 04-də Rusiya Fedresiyasının Prezidenti V.Putinin sərəncamı Rusiya Federasiyasının "Əməkdar həkimi" fəxri adına layiq görülüb.

 

 

 

Media

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina