Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tiflisdə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Bu gün Tiflisdə yerləşən Ermənistan səfirliyinin qarşısında bir qrup azərbaycanlı gənclərin iştirakı ilə etiraz aksiyası keçirilib. GAXA-nın Tiflis müxbirinin məlumatına görə, aksiyada azərbaycanlı gənclər, həmçinin Ermənistanda girovluqda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da iştirak edib. Metronun Marcanaşvili stansiyasindan başlayan etiraz aksiyasının iştirakçıları olan azərbaycanlı gənclər tərəfindən küçə boyu “Dilqəm Əsgərova və Şahbaz Quliyevə azadlıq”, “Əsirlərimizə azadlıq”, “Torpqlarımıza azadlıq”, “Ermənistan işğalçıdır”, “Sarqisyan terroçudur” şüarları şüarları səsləndirilib.

Aksiyaya qoşulan Bavariyadakı Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov uca səslə Ermənistan səfirliyi qarşısında “Biz haqqımızı tələb edirik, əsirlərə azadlıq tələb edirik”, deyib. Kürdoğlu Əsgərov isə artıq 4 ildir ki, atasını görmədiyini və onun haqsızlığa düçar olduğunu və atasının heç bir cinayət törətmədiyini, sadəcə olaraq anadan olduğu Kəlbəcər torpağında uyuyan anasının ziyarətinə getdiyini bildirib. O, aksiyanı keçirməkdə yalnız atası Dilqəm Əsgərova və Şahbaz Quliyevə azadlıq tələb etdiklərini bildirib: “Dağlıq Qarabağda təşkil edilən qeyri-qanuni məhkəmə heç bir qanunauyğun deyil. Biz, haqqımızı tələb edir və dünya ictimaiyyətini haqlı tələbimizi dəstəkləməyə çağırırıq. Haqlı tələbimizi digər ölkələrin şəhərlərində də davam etdirəcəyik. Bilirəm, nəhayət, gec, ya tez biz girovluqda olan əzizlərimizi azad edəcəyik,” Kürdoğlu Əsgərov vurğulayıb.

Qeyd edək ki, etiraz aksiyası Tiflis şəhər meriyasının icazəsilə həyata keçirilib. Ermənistan səfirliyinin qarşısına çoxlu sayda polis toplaşaraq, etiraz səslərini ucaldan aksiya iştirakçılarını Ermənistan səfirliyinin binası önünə buraxmayıblar.

Aksiya insidentsiz başa çatıb.

www.gaxa.ge

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina