Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Yel çərşənbəsi...

Bu məqaləni qiymətləndir
(0 səs)

Bu gün çərşənbələrdən üçüncüsü yel çərşənbəsidir. İnanca görə, yel çərşənbəsində, adətən, hava təmizlənir.

Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Ümumiyyətlə isə, Novruz bayramına qədər 4 çərşənbə - su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Hər bir çərşənbənin öz mənası var. Su çərşənbəsi dağlardakı qarın əriyib torpağı qidalandırması ilə, od çərşənbəsi - günəşin torpağı qızdıraraq yeni əkinə hazılaşdırması ilə, yel çərşənbəsi yelin təzəcə çıxan otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsilə, torpaq çərşənbəsi isə əkinin başlanması ilə bağlıdır. Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir.Yel baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azanları mənzil başına çatdırır. Xalqımızın ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməzdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında tanrı durur. Yelə tupürsən öz üstünə qayıdar.Yel dağına ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inancda isə deyilir ki, «Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər».

Bu çərşənbə ilə əlaqədar olaraq keçirilən mövsümi mərasimlərdən biri də Yel babanın çağırışıdır.

Xırmanda dəni samandan ayırmaq vaxtı gələndə camaaat Yel babanı çağırıb deyir:

- Yel baba, gəl, ağ atına arpa, saman apar!

Bəzi yerlərdə ona nəğmə ilə də müraciət edirlər:

 

A Yel baba, yel baba,

Tez gəl baba, gəl baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

 

Dən yığılıb dağ olsun.

Yel babamız sağ olsun.

Taxılımız yerdə qaldı,

Yaxamız əldə qaldı.

 

A Yel baba, yel baba,

Tez gəl baba, gəl baba.

Sovur bizim xırmanı,

Atına ver samanı.

Dən yığılıb dağ olsun.

Yel babamız sağ olsun.

 

Əcdadlarımızın əski inamına görə, bu çağırışdan sonra Yel baba gəlib xırmanı sovurar, samanı aparıb öz atına verər, təmizlənmiş dən isə adamlara qalardı.

Xırman sovrulub, taxıl döyülüb qurtarandan sonra oxuyardılar:

 

Xırmanda şana qaldı,

Yel əsdi, xana qaldı,

Xırmana bir qız gəldi,

Saçı nişana qaldı.

 

Çərşənbəniz mübarək!

 

 

 

Şərh vermək üçün giriş edin

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina