Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Batumidə “Leo Qrand” otelində baş verən yanğında 11 nəfər həlak olub

Batumidə “Leo Qrand” otelində güclü yanğın baş verib. Son məlumata əsasən 11 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Güclü tüstü nəticəsində insanların yanan binadan evakuasiyası uzun müddət mümkün olmayıb.

Batumi Təcili Yardım Mərkəzindən  xəsarət alanlar şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Oların vəziyyəti haqda hələlik heç nə məlum deyil. Yanğınsöndürənlərdən biri də xəsarət alıb.

Xilasetmə Xidmətindən bildirildiyinə görə, gecə saat birə doğru yanğını söndürmək mümkün olub, hər kəs binadan təxliyə edilib.

Hələlik ölənlərin adları açıqlanmır. Məlumdur ki, mehmanxanada Gürcüstan vətəndaşlarından başqa əcnəbi qonaqlar, o cümlədən Türkiyə və İran vətəndaşları da olub.

Batumidə Xilasedici Xidmətinin qaynar xəttinə – 112-ə “Leo-Qrand” mehmanxanasında yanğın haqda siqnal saat 20.01-də daxil olub.

Yanğın yerinə 100-ə yaxın yanğınsöndürən-xilasedici və 12 yanğınsöndürmə alayı cəlb edilib. İlkin məlumata görə, yanğın çoxmərtəbəli binanın üst qatlarında baş verib. Güclü tüstü dumanı üzündən evakuasiyanı həyata keçirmək xeyli çətin olub. 

Noyabrın 27-si Gürcüstanda matəm günü elan olunub, Gürcüstan hökuməti xalqla birlikdə Batumidə “Leogrand” hotelində baş vermiş yanğın nəticəsində ölənlərin xatirəsini yad edib. Matəm günü bütün Gürcüstan ərazisində dövlət bayraqları endirilib.

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina