Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Gürcüstanda keçirilən bələdiyyə seçkilərində ermənilərin separatçı fəaliyyəti

2017-ci ilin oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına (bələdiyyə) seçkilər keçirildi. Mübarizə meydanında hansı ictimai-siyasi qüvvələrin fəaliyyət göstərməsi daha çox maraq kəsb edir.

Gürcüstanda yaşayan milli azlıqların iştirak dərəcəsi müzakirəsi önəmli olan məsələlərdəndir. Qeyd edilən bələdiyyə seçkilərində hər iki milli azlığı müqayisə etdikdə məlum olur ki, azərbaycanlıların çoxluq təşkil etməsinə baxmayaraq, partiya siyahılarında onlar erməni namizədlərlə bərabər sayda olmuşlar: əgər yerli özünüidarəetmə orqanlarına azərbaycanlılardan 350-360 nəfər namizəd vardısa, erməni namizədlərin sayı 340-350 nəfər təşkil etmişdi. Ermənilərin sıx məskunlaşdığı Samtsxe-Cavaxetiya regionunda bələdiyyə seçkilərində 7 siyasi partiya iştirak etmişdir. Samtsxe-Cavaxetiyanın 6 şəhərində 35 namizəddən 14-ü erməni olub. Axalkalaki şəhərinin 6 namizədindən 2-si real mübarizədə iştirak edib: Yurik Unanyan (Gürcü arzusu partiyası) və Samvel Petrosyan (Vətənpərvərlər alyansı). Yurik Unanyan yerli prokuroluqda, Samvel Patrosyan isə polisdə çalışmışdır. Sonuncu həm də 2012-2016-cı illərdə Vahid Milli Hərəkat Partiyasından parlament deputatı vəzifəsinə seçilmişdir. Nəticələrə görə, Ninotsmindada Anivard Monosyan, Axalkalakidə Yurik Unanyan şəhər meri seçilmişlər.

Seçkilərdən iki gün əvvəl Axalkalaki şəhərindən üç namizədin – Gürcü Arzusu Partiyasını təmsil edən Karapet Aloyan, Eduard Elyazyan, Edik Berikyanın namizədliyini irəli sürə bilməyəcəyi bildirilmişdi. Buna səbəb Avropalı Gürcüstan Partiyasının lideri Giorgi Kandelakinin yuxarıda adı çəkilən namizədlərin Ermənistan vətəndaşları olduqlarını qeyd etməsi olmuşdu. O, Gürcü arzusu partiyasını təmsil edən Karapet Aloyan, Eduard Elyazyan, Edik Berikyanın şəxsiyyət vəsiqələrinin surətini təqdim etməklə onların Ermənistan vətəndaşı olduqlarını sübut etməyə çalışmışdır. Həmin namizədlər bu bəyanatı təkzib edərək bildirmişdilər ki, partiyanın onların adına bu şəkildə fikir bildirməsinə səbəb onların namizədliklərini irəli sürdükləri təqdirdə 75%-dən artıq səs toplayacaqlarına əmin olmalarıdır. Gürcü Arzusu Partiyasının mətbuat katibi Manana Tokmacişvili namizədlərin MSK tərəfindən qanunauyğun şəkildə təyin olunduqlarını bildirərək məsələnin Ədliyyə Nazirliyi tərəfindən aydınlaşdırılacağını qeyd etmişdi. Hadisəyə Gürcüstan məsələləri üzrə ekspert Conni Melikyan da münasibətini bildirmişdir. Onun sözlərinə görə, bu cür addımı seçkiqabağı təxribat hesab etmək olar. Həmçinin o qeyd edib ki, Avropalı Gürcüstan Partiyasının nümayəndələrinin əksəriyyəti sabiq Gürcüstan prezidenti Mixeil Saakaşvilinin tərəfdarları olmuşlar və hazırda yeni partiya ətrafında birləşmişlər. C.Melikyan həm də hazırda bu partiya sıralarında çoxlu erməni nümayəndələrinin olduğunu da diqqətə çatdırıb. Ümumiyyətlə isə araşdırma apararkən Gürcüstanda yaşayan ermənilərin çoxluq təşkil etdikləri partiyaları göstərsək aşağıdakı nəticələri alarıq: 

- Avropalı Gürcüstan Partiyası (58 nəfər);

- Vətənpərvərlər Alyansı (43 nəfər);

- Demokratik Hərəkat - Azad Gürcüstan (38 nəfər);

- Gürcü Arzusu (36 nəfər).

Media İnkişaf Fondu 2016-cı ildə hazırladığı nifrət nitqindən istifadə edən siyasi partiyalar və KİV-lər haqqındakı hesabatında apardığı araşdırma göstərir ki, nifrət nitqi türkfobiya, homofobiya, dini ayrı-seçkilik, ksenofobiya, rasizm kimi qollara ayrılır. Maraqlıdır ki, ermənilərin çoxluq təşkil etdiyi Vətənpərvərlər Alyansı Partiyası adı çəkilən bu qollar üzrə aparılmış sistematik təhlil zamanı liderlik edən partiyadır. Həmin hesabata görə,  məhz türkfobiya xarakterli çıxışlarda “Türkiyənin Gürcüstanı öz təsiri altına alması”, “Türkiyənin işğalçı ölkə və tarixi düşmən olması” kimi mesajlar üstünlük təşkil edir.

Bu seçkilər zamanı ermənilərin seçki şüarları, hakimiyyətdən razı qalıb-qalmadıqları məqamlara gəlincə isə onu qeyd etmək lazımdır ki, onlar Tbilisi şəhərinə namizədliyini irəli sürə bilməmələri haqqında narazılıqlarını bildiriblər. Onların fikrincə, hakim partiya milli azlıqlara qarşı düşünülmüş siyasət yeridir. Seçki kompaniyaları zamanı bələdiyyə namizədlərinin seçicilərlə görüşünü izlərkən əhali ilə namizədlərin istəkləri arasında bir uyğunsuzluq müşahidə edilir. Burada əhalini maraqlandıran məsələ təkcə həyat şəraitinin müsbət istiqamətdə dəyişilməsidirsə, namizədləri isə əksinə siyasi məsələlər düşündürür. Məsələn, Vətənpərvərlər Alyansının Axalkalaki şəhəri üzrə namizədi Samvel Petrosyanın seçicilərlə görüşü zamanı “Biz erməni xalqına qarşı törədilmiş genosidin tanınmasına aparacaq məqsədə nail olmalıyıq. Biz mühacirlərlə bərabər vəziyyətdəyik. Mən gürcü-erməni münasibətlərinin möhkəmləndirilməsi üçün hər şeyi edəcəm, biz bir yerdə daha güclü olacağıq. Hər iki xalq mənim üçün doğmadır” - deməsi bunun əyani sübutudur.

Bütün bu məqamları nəzərdən keçirərkən belə bir qənaətə gəlmək olur ki, ermənilər istər parlament seçkilərində, istərsə də bələdiyyə seçkilərində həm namizəd çoxluğu baxımdan, həm də özlərinəməxsus “ideologiya”larını təbliğolunma dərəcəsinə görə üstünlük təşkil edirlər. Doğrudur bu “üstünlük” bir ölkənin daxildən tədricən parçalanmasına səbəb olursa, digər tərəfdən onun qonşuları ilə olan münasibətlərinə, bir sözlə xarici siyasətinə də əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Bəs o zaman belə bir sual meydana çıxır: niyə say baxımından çoxluq təşkil edən azərbaycanlıların Gürcüstanda hər bir sahədə təmsilolunma dərəcəsi nəzərəçarpacaq dərəcədə zəifdir? Bu suala cavab olaraq birlik və dil amilini göstərə bilərik. Hər bir insan yaşadığı ölkənin dövlət dilini öyrənməklə cəmiyyətdə sözünü deməyə, problemlərini ortaya qoymağa, haqsızlıqlara cavab verməyə, bir sözlə yaşadığı cəmiyyətə inteqrasiya olunmaq imkanı əldə edə bilər. Gürcüstanda bələdiyyə seçkilərində ermənilərin fəaliyyətinə qısaca nəzər yetirdikdən sonra aşağıdakı nəticələrə gəlirik:

- Ermənilər bələdiyyə vasitəsilə öz tarixi “amal”larına yetişmək arzusundadırlar;

- Ermənilər daxil olduqları partiyalarda öz ideyalarını yaymaqla məşğuldurlar;

- Ermənilərin Gürcüstanda bu separatçı fəaliyyəti gələcəkdə Gürcüstan dövləti üçün daxildən parçalanmaya, xarici siyasətində problemlərin yaranmasına səbəb ola bilər.

 

Bələdiyyə seçkilərində erməni namizədlərin topladığı səslər:

Bələdiyyələr

Namizədlər

Təmsil edilən partiyalar

Toplanılan səslər

Dedoplisçkxaro

Dausik Hovsepiyan

Vahid Yeni Gürcüstan

0,37%

Laqodexi

Arfenik Kurkçiyan

Vahid Yeni Gürcüstan

0,84%

Kxvareli

Tamara Hovsepiyan

Vahid Yeni Gürcüstan

0,4%

Borcomi

Artak Ovsepiyan

Vahid Yeni Gürcüstan

0,2%

Axalkalaki

Harutyun Aleksaniyan

Melik Raisiyan

Samvel Petrosyan

Ruben Mkrtçyan

Yurik Ubanyan

Avropalı Gürcüstan

Demokratik hərəkat

Vətənpərvərlər Alyansı

Vahid Yeni Gürcüstan Gürcü arzusu

2,66%

5,29%

32,32%

0,2%

58,62%

Ninotsminda

Araik Bdoyan

Mamikon Saakyan

Qriqor Mxitaryan

Anivard Mosoyan

Avropalı Gürcüstan

Demokratik hərəkat

Vətənpərvərlər Alyansı

Gürcü arzusu

5,78%

3,1%

15,77%

75,35%

Mənbə: საქართველოს საარჩევნო ადმინისტრაცია https://results20171021.cec.gov.ge/ 

Partiya siyahılarında ermənilərin sayı

 

Nəsibə Mirzəyeva

AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq

şöbəsinin əməkdaşı 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina