Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

DARVAZ FUTBOL KOMANDASI TƏŞKİLAT KOMİTƏSİ QƏRARINI VERDİ

 

Yanvarın 7-də Borçalı çempionatının 3-cü turnirində Darvaz komandası Faxralı komandası ilə oyun keçirdi. Oyunun birinci hissəsi komandamız üçün çətin olsa da, 4 qol geri olmağımıza baxmayaraq komandamızın güclü iradəsi bu geriliyi aradan qaldırdı. İkinci hissədə böyük əzmkarlıq göstərən futbolçularımız rəqibi 10-7 hesabla məğlub etdi.

Lakin oyundan sonra çempionatın "intizam komitəsi" bu qələbəni saymayaraq, oyunda hakim tərəfindən qeyd olunan hesabı dəyişdi, qazanılan 3 xalı da rəqib komandaya verdi.

Bu qərardan Darvaz komandası Facebook vasitəsilə xəbərdar oldu. Heç bir darvazlı müzakirəyə dəvət olunmadan alınan bu qərara da "müzakirə olunmaz" statusu verildi. Məhkəmələrin qərarlarının belə apelyasiyaya verildiyi halda 3 nəfərlik "komitə"nin qərarı müzakirə olunmaz oldu. Günboyu heç bir darvazlının telefon zənglərinə, mesajlarına komitə üzvləri tərəfindən cavab verilmədi. Facebook səhifəsində darvazlılar tərəfindən qərara verilən şərhlər silindi. Bir sözlə ifadə etsək, birtərəfli və radikal şəkildə qərar qəbul olundu.

"İntizam komitəsi" intizamsız fəaliyyət göstərərək oyunlara nəzarəti oyun vaxtı deyil, oyundan sonra klaviatura arxasından saytımızda "YOXLANIŞ" aparaq "qərar" verdiklərini açıqlayır. Maraqlıdır www.Darvaz.com saytı olmasa harada və necə yoxlanış aparardırlar. İntizam komitəsinin vəzifəsi oyundan əvvəl oyunçuların qeydiyyatını yoxlamaq və oyunlara nəzarət etməkdir. Komitə vəzifəsini yerinə yetirsə bu cür xoşagəlməz hallar yaşanmazdı. 

"İntizam komitəsi"nin tərkibi Babakişilər, Kəpənəkçi və Faxralı kəndlərindən olmaqla 3 nəfərdən ibarətdir. Çempionatın Borçalı adına təşkil olunduğunu nəzərə alsaq, intizam komitəsində də ən azından Dmanisidən, Marneulidən da nümayəndələrin təmsil oluması zərurət idi, çünki Borçalı Bolnisi ilə məhdudlaşmır. 

Darvaz komandası Təşkilat komitəsi komandanın qrupdan çıxmaq şansının hələ də qaldığı halda "intizam komitəsi"nin komandaya qarşı birtərəfli, radikal qərarlar qəbul etdiyinə, çempionatın təşkilatçılığında boşluqların olduğuna görə Darvaz komandasının çempionatı Tərk Etməsi Qərarını almışdır!

 

Borçalı adına təşkil olunan çempionata görə təşkilatçılara, zəhməti keçən hər kəsə təşəkkürümüzü bildirir, digər komandalara qələbə arzulayırıq. 

 

Darvaz komandası Təşkilat komitəsi

 

 

 


 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina