Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Tiflis Dövlət Universitetinin 100 illiyi təntənəli şəkildə qeyd olundu

Fevralın 8-də Gürcüstanın paytaxtı Tiflis şəhərində Qafqazın ilk milli universiteti olan Tiflis Dövlət Universitetinin 100 illiyi təntənəli tədbirlərlə qeyd olunub. 

Azərbaycan ali məktəblərinin nümayəndələri də bu tədbirlərə qatılıblar. Bakı Dövlət Universiteti (BDU) və Xəzər Universitetinin nümayəndə heyətləri İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin (TDU) 100 illik yubileyi ilə əlaqədar keçirilən təntənəli tədbirlərdə iştirak edir.

 APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, bu gün baş nazir Giorgi Kvirikaşvili, patriarx II İlya, xarici işlər naziri Mixeil Canelidze, hökumət və diplomatik korpusun nümayəndələrinin iştirakı ilə rəsmi mərasim keçirilib. 

 

Yubiley tədbirlərinə dünyanın 50 ölkəsindən nüfuzlu ali məktəblərinin nümayəndələri də qatılıb. 
 

BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva TDU-nun rəhbərliyini yubiley münasibətilə təbrik edib: “Bizim universitetlər arasında uzun illərdir elm və təhsil sahəsində sıx əməkdaşlıq əlaqələri var. Əməkdaşlığımız tələbə, professor-müəllim heyətinin mübadiləsi üzrə və “Erasmus+” proqramı çərçivəsində həyata keçirilir. Ümid edirik ki, əməkdaşlığımız gələcəkdə də uğurla davam etdiriləcək”.
 

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı isə TDU-nun dünyada tanınmış universitetlərdən biri olduğunu bildirib: “Tbilisi Dövlət Universiteti Gürcüstanın əsas universitetidir. Bizim universitet Gürcüstanın bu ali məktəbi ilə həm beynəlxalq səviyyədə, həm də birgə müxtəlif layihələr üzrə əməkdaşlıq edir. Ali məktəbin 100 illik yubiley tədbirlərində iştirak etmək çox xoşdur”.  
 

Qeyd edək ki, Qafqazın ilk milli universiteti olan TDU 1918-ci ilin fevralın 8-də fəaliyyətə başlayıb. 1989-cu ildə ali məktəbə onun qurucusu olan tarixçi, akademik İvane Cavaxişvilinin adı verilib. 22 mindən çox tələbənin təhsil aldığı ali məktəbdə 7 fakultə var. TDU-nun 100 illiyi UNESCO-nun bu ilki tədbirlər təqviminə daxil edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina