Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Xocalı üçün dik tutulmayan baş, qondarma erməni abidəsi önündə əyildi

26 fevral tarixində  Gürcüstan prezidenti Giorgi Marqvelaşivili  “Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi” kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclərlə görüşüb.

Görüşdə gənclərdən biri Xocalı soyqırımına diqqət çəkərək, orada prezidentə və görüş iştirakçılarına soyqırımla bağlı qısa məlumat verib. Prezidentdən xahiş edib ki, ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş 613 nəfər Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilsin. Lakin prezident G.Marqvelaşivili sükut təklifini qəbul etməyərək ayağa qalxmayıb. O, Qarabağ məsələsinin Azərbaycan və Ermənistan arasında olan problem olduğunu xatırladaraq əlavə edib ki, dövlət olaraq Gürcüstan bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Bu görüşdən bir neçə gün sonra, martın 2-də Gürcüstanın baş naziri  Georgi Kvirikaşvili  böyük bir nümayəndə heyəti ilə Ermənistana rəsmi səfər edib.  

Səfər çərçivəsində Georgi Kvirikaşvili İrəvanda Gürcüstan dövlətinin rəsmi şəkildə tanımadığı saxta erməni soyqırımı qurbanlarına ucaldılmış abidəni ziyarət edib. Abidə önünə əklil qoyub, baş əyib.

Gürcüstan dövlət başçılarının bu addımlarına yüngül desək hörmətsizlikdən başqa ad vermək olmaz. Bu, hər şeydən əvvəl bir prezidentin vətəndaşlarına etdiyi sayqısızlıq idi. Gürcüstanın etnik tərkibinə nəzər salsaq gürcülərdən sonra çoxluğu azərbaycalılar təşkil edir.  Bu da o deməkdir ki, yarım milyona yaxın vətəndaşın acısına  qarşı böyük sayqısızlıq edilib. Bu gün və tarixən Gürcüstan dövlətinə və dövlətçiliyinə sadiq olan Borçalıları satqın ermənilərə görə incitməyə dəyməzdi. Bu o ermənilərdir ki, Gürcüstana ərazi iddiası edir, ölkə ərazisində etnik qruplar arasında pozuculuq fəaliyyəti göstərir, gürcü millətinin rəqslərini, milli mətbəxini zaman-zaman mənimsəyib beynəlxalq aləmdə öz adına çıxır.

Azərbaycanın neft-qaz, nəqliyyat layihələri hesabına büdcəsinə milyonlarla dollar qazanan Gürcüstanın bu gedişi nəinki borçalıların, 50 milyonluq dünya azərbaycanlılarının da haqlı narazılığına səbəb oldu. SOCAR-Georgia hər il təxminən 1 milyard vergi, yüzlərlə vətəndaşına əməkhaqqı, kilsələrə  təmənnasız qaz verir. Büdcəsinin formalaşmasında digər Azərbaycan holdinq və şirkətlərinin də payı az deyil.

Bəşər tarixinin ən faciəvi terroru olan Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə görə başını bir dəqiqəlik dik tutmaq işğalçı dövlətin qondarma abidəsinə baş əyməkdən daha şərəfli idi. Bu həm dosta ehtiram, sədaqət nümayişi, həm də uğurlu diplomatik gediş olardı.

 

Xocalı üçün

 Qondarma "erməni soyqırımı" üçün

 

  Elgün Əliyev

 

 

 

 

 

 

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina