Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Giorgi Kvirikaşvili: Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır

Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır. Bizim xalqlarımız tarixən dost, qardaş, sevincli və kədərli günlərdə hər zaman bir yerdə, bir-birilərinə arxa və dayaq olublar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Novruz bayramı ilə əlaqədar bu ölkədə yaşayan azərbaycanlılara təbrik məktubunda yer alıb. Təbrik məktubunu martın 21-də Marneulidə keçirilən Novruz şənliyində Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze oxuyub.

Məktubda deyilir ki, Novruz bahar bayramı və yeni ilin başlanğıcıdır. Biz bir ölkənin insanlarıyıq. Bizim xalqlarımız, əcdadlarımız daim bir yerdə, çiyin-çiyinə çalışıblar, sevincli və kədərli günlərdə bir-birilərinə arxa-dayaq olublar. Bu dostluğumuz, qardaşlığımız bu gün də davam edir.

Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirən Baş nazir Azərbaycan və Gürcüstan dövlətləri arasındakı dostluğu da yüksək qiymətləndirib: “Azərbaycan Gürcüstanın etibarlı dostu və strateji tərəfdaşıdır”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina