Son xəbərlər

Xəlil Qaraçöp - "Darvaz"

Facebook

Dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram - İlham Əliyev

 

 

Azərbayan prezidenti İlham Əliyev Gürcüstanın İlk Demokratik Respublikasının əsasının qoyulmasının 100 illik yubileyi ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşviliyə təbrik məktubu göndərdi.

“Milli bayramınız – Müstəqillik Günü və Gürcüstan dövlətçiliyinin bərpasının 100 illiyi münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

1918-ci ilin mayında Azərbaycan və Gürcüstanın dövlətçilik tarixində mühüm hadisə baş vermiş, tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımız öz müstəqilliyini bəyan etmişlər.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, müstəqilliyimizin hazırkı mərhələsində ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

İnanıram ki, müvəffəqiyyətlə həyata keçirdiyimiz enerji, nəqliyyat layihələri, hərtərəfli və dinamik inkişaf edən əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə mühüm töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram” – deyilir İlham Əliyevin təbrik məktubunda.

 

Mənim yaşıdlarım, günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun!

Eldar Hacıyev

ELAN !

Saytla bağlı

Təklif və iradlarınızı bu emailə yollaya bilərsiniz: 

el_sad@mail.ru

Bizim mail abunə

Sizin mail*
Sizin adınız


Valyuta məzənnələri
Azərbaycan manatı Азербайджанский манат - валюта Азербайджана
(RUB)//-//
(GBP)//-//
(EUR)//-//
(USD)//-//


Flag Counter

Copyright © 2014 Darvaz.com Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməsi zəruridir. Produced by D&F studio.

Giriş or Qeydiyyat

LOG IN

Qeydiyyat

User Qeydiyyat
və ya İmtina